Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kremlin ideoloqundan ermənilərə GÖZLƏNİLMƏZ CAVAB: “Əraziləri qaytarın, İlham Əliyev sizə...”

Tarix: 14-07-2018 15:43     Baxış: 2570 A- / A+
Kremlin ideoloqundan ermənilərə GÖZLƏNİLMƏZ CAVAB:


“Nikol Paşinyan hakimiyyətə gələn kimi Dağlıq Qarabağ münaqişəsinin həll planını – ilkin mərhələdə 5 rayon Azərbaycana qaytarılır, daha sonra digər ərazilərin taleyi müzakirə olunur – ləğv etdi. Bu razılaşma Serj Sarkisyanın vaxtında əldə olunmuşdu”.

Manevr.az xəbər verir ki, bu barədə Beynəlxalq Avrasiyaçılıq Hərəkatının lideri, Kremlin ideoloqu kimi tanınan rusiyalı politoloq Aleksandr Duqin Ermənistan mediasına müsahibəsində deyib.

Onun sözlərinə görə, Serj Sarkisyan Qarabağ münaqişəsinin həllinə hesablanmış danışıqları aparırdı və bu, Azərbaycanla Rusiyanın münasibətlərinin möhkəmlənməsinə imkan verirdi: “Bu danışıqlar Ermənistanın əleyhinə deyildi, əksinə, bütün xalqların xeyrinə idi. Paşinyan bu danışıqları zərbə altında qoydu və bu gün vəziyyət müharibə həddinə çatıb”.

Duqin qeyd edib ki, Paşinyan Sarkisyanın yolu ilə gedərsə, bu region üçün müsbət nəticələrə səbəb olacaq.

“Beş rayonun ilkin mərhələdə qaytarılması problemləri yoluna qoyur. Ermənistan bunun əvəzinə iqtisadi dəstək qazanır. Azərbaycan prezidenti ərazilərin qaytarılmasına əvəz olaraq iqtisadi əməkdaşlığa, həmçinin, Türkiyə-Ermənistan sərhədlərinin açılmasına imkan yaratmağa hazırdır. Bu baş tutarsa, Ermənistan blokadadan çıxacaq, düşmənçilik yox olacaq”, - deyə o bildirib.

Duqin erməni jurnalistin “Siz sülh tərəfdarı olduğunuzu deyirsiniz, halbuki, Azərbaycana səfər etdiniz və 2016-cı il müharibəsində Azərbaycanın “işğal etdiyi” Lələtəpə yüksəkliyinə getdiniz. Bunu necə anlamaq olar” sualına belə cavab verib: “Siz yəqin ki, bilirsiniz, Rusiya bütün Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır və bu, beynəlxalq hüquqa söykənmiş mövqedir. Hesab edirəm ki, mənim ölkəmin Azərbaycanın ərazisi kimi tanıdığı əraziyə baş çəkməyim təbiidir. Bununla yanaşı, Lələtəpəyə səfərim hərbi xarakter daşımırdı, mənim əlimdə silah yox idi. Mən bir məsələni vurğulamaq istəyirəm, proseslərin belə inkişafı təhlükəlidir. İndi bölgədə situasiya dəyişib. Rusiya-Türkiyə münasibətləri əvvəlki kimi deyil. Azərbaycanla münasibətlər yüksək səviyyədədir, gələcəkdə Gürcüstanla münasibətlərin yoluna qoyulması gözlənilir. Rəsmi Tbilisi Moskva ilə yaxınlaşmağa çalışır. Bu prosesdə Ermənistan da iştirak etməlidir. Ermənistanın rəhbərliyi bunu anlamalıdır, əks təqdirdə, özünə ziyan vura bilər”. (publika.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar