Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Zakir Həsənov ordu rəhbərliyini müşavirdə topladı, tapşırıqlar verdi : "Hərbi hissələrdə mühafizəni gücləndirin..."

Tarix: 14-07-2018 14:34     Baxış: 2362 A- / A+
Zakir Həsənov ordu rəhbərliyini müşavirdə topladı, tapşırıqlar verdi


Bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Manevr.az Müdafiə Nazirliyinə istindən bildirir ki, müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də birlik komandirləri ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ali Baş Komandanın ölkənin iqtisadi inkişafı və ordu quruculuğu sahəsində əldə olunan nailiyyətlər barədə səsləndirdiyi fikirləri bir daha diqqətə çatdıran Müdafiə naziri vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

Ali Baş Komandanın Brüssel şəhərinə səfərini qeyd edən Müdafiə naziri Avropa İttifaqı və NATO-da keçirilən rəsmi görüşlərdə, xüsusilə də Şimali Atlantika Alyansının Zirvə toplantısının kommunikesində ölkəmizin ərazi bütövlüyü, suverenliyi, o cümlədən sərhədlərinin toxunulmazlığına hörmət və dəstəyin ifadə olunmasını dövlət rəhbərinin dünyada artan nüfuzunun göstəricisi olduğunu bildirib.

Ölkə daxilindəki sabitliyin, sosial-iqtisadi inkişafın və ordu quruculuğu məsələlərinin daim dövlət başçısının nəzarətində olduğunu müşavirə iştirakçılarının diqqətinə çatdıran general-polkovnik Z.Həsənov Gəncə şəhərində törədilən təxribat nəzərə alınmaqla hərbi hissələrdə mühafizənin gücləndirilməsinin, gündəlik xidməti fəaliyyətin yüksək səviyyədə təşkilinin, xüsusilə də ön xətt bölmələrində sayıqlığın daha da artırılmasının vacibliyini qeyd edib.

Müdafiə naziri cəbhədəki mövcud vəziyyəti təhlil edərək döyüş və mənəvi-psixoloji hazırlığın, nizam-intizamın daha da artırılması, hərbi təyinatlı obyektlərin mühafizəsinin gücləndirilməsi, şəxsi heyətin qayğısına və sağlamlığına xüsusi diqqət yetirilməsi, eləcə də düşmən tərəfinin mümkün təxribatlarının qarşısının dərhal alınması məqsədilə müvafiq tədbirlərin görülməsi barədə cavabdeh şəxslərə konkret göstərişlər verib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar