Xəbər lenti
14 yaşlı uşağa qarşı DƏHŞƏTLİ ƏMƏL: Qardaşı və dayısının təcavüzündən sonra…
Manevr.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, özünü yaxşı hiss etməyən 14 yaşlı A.B-ni valideynləri həkimə aparıb. İlkin müayinədən sonra hamilə olduğu bəlli olub. Bir nəqədər sonra o qız övladı dünyaya gətirib. Daha sonra həkmlər hadisə ilə bağlı polisə məlumat verib.
Polisə ifadə verən A.B. böyük qardaşı və görmə qüsurlu dayısının təcavüzünə məruz qaldığını bildirib.14 yaşlı uşaq həm dayısı, həm də qardaşı tərəfindən təhdid edildiyi üçün qorxudan bu barədə heç kimə danışa bilmədiyini açıqlayıb.
Hamilə olduğunu çox gec öyrənən A.B. geyindiyi paltarlarla bunu gizlətməyə çalışıb. O, uşağının atasının kim olduğunu bilmədiyini söyləyib.
Kiçik qızın polisə ifadəsindən sonra polis qardaşı M.B. və əmisi M.İ.-ni saxlayıb. Qardaşının sözlərinə görə, 2016-ci ilin oktyabrında bacısı ona evdə tək olduqları zaman cinsi əlaqəda olmağı təklif edib.
“Qəbul etmədim. Amma mənə təklifi qəbul etməyəcəyim halda, anama birlikdə olduğumuzu söyləyəcəyini dedi. Bundan sonra cinsi əlaqəyə girdik. Daha sonra başqa biri ilə yaxınlıq edib-etmədiyini soruşmadım və o vaxtdan sonra birlikdə olmadıq”.
Qardaşının bildiriyinə görə, bir müddət sonra bacısı ona dayısı ilə birlikdə olduğunu deyib. M.B bu barədə valideynlərinə demək istəsə də, bacısı razılaşmayıb. Dayısı bir neçə ay əvvəl M.B. ilə söhbətində qızın istəyi ilə onunla cinsi əlaqədə olduğunu söyləyib.
“Dayıma bacımla cinsi əlaqədə olduğumu söyləmədim. Mən əsgərlikdən bu ilin martında gəldim. Bu tarixdən sonra da birlikdə olmadıq. Uşaq mənim deyil, ona görə də azad olunmağımı istəyirəm”.
Görmə qüsurlu dayısı da qızla cinsi əlaqəyə qarşı tərəfin istəyi ilə girdiyini iddia edib:
“Görmə qüsurlu olduğum üçün ötən il noyabr və ya dekabr ayında bacım qızı məni evimə gətirdi. Evə gəldikdən sonra mənə cinsi əlaqəyə girməyi təklifi etdi. Mən “Olmaz” dedim. Məni təhdid etdi ki, ailəsinə təcavüzə məruz qaldığını söyləyəcək. Yenə qəbul etmədim, amma məcbur edildiyim üçün qorxaraq birlikdə oldum. Məndən əvvəl isə qardaşı ilə cinsi əlaqəyə girdiyini söylədi . O vaxt 14-15 yaşında olduğunu da bilmirdim. Daha sonra öyrəndim. Mən bacım qızı ilə sadəcə bir dəfə və onun tərəfindən məcbur edilərək yaxınlıq etdim. Ancaq qardaşı ilə zorla cinsi əlaqəyə girib-girmədiyini və ya bunun neçə dəfə olduğunu bilmirəm. Uşaq qardaşından ola bilər. Sərbəst buraxılmağımı istəyirəm”.
İfadələri alınandan sonra M.B. və M.İ.-nin barəsində həbs qəti-imkan tədbri seçilib. A.B. isə uşağı ilə dövlət himayəsinə götürülüb. /Unikal.org/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar