Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

QMİ Gəncə hadisələri ilə bağlı bəyanat yaydı

Tarix: 11-07-2018 23:38     Baxış: 2369 A- / A+
QMİ Gəncə hadisələri ilə bağlı bəyanat yaydı


"Erməni ekstremistlərinin dəyirmanına su tökənlərin dövlətçiliyimizə təhlükə yaratmaq məqsədi güdən əməlləri"

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) son günlər Gəncədə baş verən hadisələrlə bağlı bəyanat yayıb.

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə Manevr.az bildirir ki, bəyanatda deyilir: “Son günlər Gəncə şəhərində baş verən qətl və terror hadisələrini dərin təəssüf və ciddi narahatlıq hissi ilə qarşılayırıq. Hiddət doğuran odur ki, vətənimizdə hökm sürən sabitlik və əmin-amanlıq, tərəqqi və quruculuq işlərinə, habelə xarici siyasət sahəsində uğurlarımıza və haqq mübarizəmizdə qələbələrimizə kölgə salmaq niyyəti güdən bəzi qüvvələr həm xaricdə, həm də daxildə məkrli niyyətlərini həyata keçirməyə ciddi cəhdlə çalışırlar. Bu cinayət əməllərində müqəddəs İslam dinimizin adından sui-istifadə olunması isə qətiyyən yolverilməzdir. Azərbaycanın din xadimləri və dindarlarının mövqeyini ifadə edərək, baş verən hadisələri dinlə bağlamaq cəhdlərini birmənalı olaraq rədd edir, bunu ölkəmizə düşmən olan bəzi qüvvələrin xaricdən siyasi məqsədlərlə yönləndirilən, cəmiyyətdə nifaq salmaq cəhdi kimi qiymətləndiririk. Ölkəmizdə mövcud sabitliyin pozulması, qarşıdurma yaratmaq məqsədilə aksiyalara cəlb etmək üçün dini şüarlarla çağırışlar edilməsini dövlətçiliyimizə, milli-mənəvi dəyərlərimizə qarşı təxribat kimi dəyərləndirir, din pərdəsi altında fəaliyyət göstərən radikal qrupların cəmiyyətdə iğtişaşlara təhrik etməsini dövlətə qarşı terror, İslami dəyərlərimizə zidd hesab edirik. Terrorçunun isə dini olmur.

Bu hadisələr zamanı ictimai asayişin keşiyində duran, xidməti vəzifələrini yerinə yetirərkən yaralanmış qardaşlarımıza Allah-Taaladan şəfa diləyir və şəhidlərimizə rəhmət deyərək ailələrinə dərin hüznlə başsağlığı veririk. Ümidvarıq ki, insan həyatına ali qiymət verən İslam dininin humanist dəyərlərinə zidd olaraq həyata keçirilən qətl və sui-qəsd hallarını kimliyindən asılı olmayaraq törədənlərin, məscidlərimizi dağıdan erməni ekstremistlərinin dəyirmanına su tökənlərin dövlətçiliyimizə təhlükə yaratmaq məqsədi güdən əməllərinə ciddi hüquqi qiymət veriləcək. Azərbaycan dindarları daim dövlətçiliyimizə sadiqdirlər. Din xadimləri, dindarlar hüquqi-demokratik dövlət olan Azərbaycan Respublikasının vətəndaşları olaraq qanunun aliliyini qəbul edir, ictimai-siyasi sabitliyi, davamlı sosial-iqtisadi tərəqqini və bunun təminatçısı olan möhtərəm dövlət başçımızı dəstəkləyirlər. Milli-mənəvi dəyərlərimizə ali diqqət və qayğı göstərən dövlət başçımızın siyasətini dəstəkləyən dindarlar dövlətin bu kimi təxribatların qarşısının qətiyyətlə alınması istiqamətində səylərini dəstəkləyirlər. Biz vətəndaşları, dindarları, xüsusən, gəncləri dövlətçiliyimizə qarşı yönləndirilən təxribat və məkrli çağırışlara uymamağa çağırırıq. Din xadimlərimiz xaricdən məkrlə yönləndirilən belə təxribatların mahiyyətini öz moizələrində xalqa çatdırmalıdırlar. Əminik ki, bu kimi təxribatçı cəhdlər möhkəm təməllər üzərində təşəkkül tapmış dövlətçiliyimizin əsaslarını heç bir vəchlə sarsıda bilməz, inşallah!” (istiPress-ə)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar