Xəbər lenti
Yunis Səfərovun anası barədə maraqlı faktlar
Leyla Səfərovanın anasının erməni olması barədə məlumat yayılmışdı
“Leyla Səfərova həyatını elmə həsr edən, kitab müəllifi və məktəbdə Azərbaycan dilindən dərs deyən bir xanımdır”. Bunu Azərbaycan-Türkiyə Evinin icraçı direktoru, diaspora.az və interpress.az saytlarının baş redaktoru Toğrul Allahverdili deyib. Manevr.az istiPress-in məlumatına görə bildirir ki, T.Allahverdili "Yeni Müsavat" qəzetinin Facebook üzərindən gerçəkləşdirdiyi canlı yayımın qonağı olub.
Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədən Yunis Səfərovun ailəsini yaxından tanıyan, onlarla bağlı bilgiləri ilk dəfə mediada, sosial şəbəkədə yayan T.Allahverdili söhbət zamanı bu məlumatları bölüşüb.
T.Allahverdili Y.Səfərovu şəxsən tanımadığını desə də, Moskvada keçirilən hansısa tədbirlərdə onunla qarşılaşma ehtimalını da istisna etməyib. O, Y.Səfərovun anası Leyla Səfərovanı tanığı üçün onu xarakterizə edib: “Mən onu bir vətənpərvər azərbaycanlı kimi tanıyıram. Azərbaycan mədəniyyətini, dilini təbliğ edən bir xanım olub. O xanım Moskvada yeganə azərbaycandilli məktəb olan 157 saylı məktəbdə 3-4 il öncəyə qədər kitabxanaçı işləyib. Ondan sonra məktəbin fəaliyyəti dayandırıldı, başqa bir rus məktəbinə birləşdirildi. Biz onu ordan tanıyırdıq. Heç bir ana istəməz ki, oğlu cinayətkar olsun. O qadın dünyəvi görüşlü xanımdır, həyatını elmə həsr edib. “Rus dili-Azərbaycan dili” adlı bir dərsliyi də çap edilib. Kitabının təqdimatı da keçirdilib. Özü Azərbaycan dili müəlliməsi olub. Eyni zamanda kitabxananın müdiri kimi də çalışıb”.
“Yunis Səfərovun anası Rusiya xüsusi xidmət orqanlarında işləyir” - Xanlar Vəliyev
T.Allahverdili bu mövzu ilə bağlı açıqlama verməsini, Y.Səfərovun anasına aid doğum şəhadətnaməsinin şəklini yaymasını da əsaslandırıb. Deyib ki, ilk gündən bu mövzuya müdaxilə etmək istəməsə də, Y.Səfərovun anasının erməni olması barədə yayılan yalan məlumatları təkzib etməyi özünə borc bilib: “Heç bir ana övladının qətl törətməsini istəməz. Heç kəs də bundan sığortalanmayıb. Amma kiminsə övladı bir cinayət törədibsə, onu dərhal ermənilərlə bağlamaq, onu erməni kimi qələmə vermək haqsızlıqdır, ədalətsizlikdir”.
T.Allahverdili deyib ki, Leyla Səfərovanın iki övladı var: oğlu Yunis və qızı. Hazırda qızı Avropa ölkələrindən birində yaşayır: “7-8 ildir ki, qızı xaricdədir. Yunis Səfərov diaspor tədbirlərində aktiv fəaliyyətdə olub. Yunisi də orda yaşayan azərbaycanlılar sakit təbiətli biri kimi xarakterizə edirlər. Yunis də Kərim Kərimov adına 157 saylı məktəbdə oxuyub. Hətta həmin məktəbdə tarix fənnindən dərs deyib. Rusiyada isə İncəsənət Universitetini bitirib”.
Müsahibimiz eyni zamanda deyib ki, son 2 il ərzində Y.Səfərovun Rusiyada görünməməsi ilə bağlı Rusiyada yaşayan azərbaycanlılar məlumat veriblər.
Xatırladaq ki, Elmar Vəliyevin qardaşı, hərbi prokuror Xanlar Vəliyev "Bizimyol.info"ya açıqlamasında Yunis Səfərov və anasının erməni olduğunu, Rusiyanın xüsusi xidmət orqanlarında çalışdığını demişdi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar