Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilərin cəbhədəki şousu: yalan üzə çıxdı – Video

Tarix: 06-07-2018 19:03     Baxış: 2291 A- / A+
Ermənilərin cəbhədəki şousu: yalan üzə çıxdı


Ermənistan sosial şəbəkələrində işğal edilmiş Azərbaycan ərazilərindəki erməni postlarında müşahidə kameralarının quraşdırmaları barədə şəkillər və təbliğat xarekterli paylaşımlar edilir.

Manevr.azxəbər verir ki, Ermənistanın sosial şəbəkə istifadəçiləri özlərini internet üzərindən hər kəsin əldə edə biləcəyi kameralarla (http://dahua.az/catalog/ptz12240_irb_n.html) “güclü təhlükəsizlik sistemi” qurduqlarına inandırmağa çalışırlar.

Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, erməni postlarında quraşdırılan kameralar Çinin “Dahua” şirkətinə məxsusdur və qiyməti də təxminən 7000 manatdır.

DH-PTZ12240-IRB-N kameraları parklarda, bağlarda, binalarda və digər sosial iaşə obyektlərində videomüşahidə aparmaq üçün nəzərdə tutulub.

Mərkəzi ofisi Çində yerləşən “Dahua” texnalogiyalar şirkətinin dünyanın müxtəlif ölkələrində satış mərkəzləri vardır və istənilən internet istifadəçisi özü üçün bu kameralardan sifariş edə bilər.

Araşdırmalar zamanı o da bəlli olub ki, Ermənistan ordusu ilə bağlı xəbərlər yayan sosial şəbəkə ünvanları izləyicilərinə məhz Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ilə bağlı təşkil olunmuş paraddan sonra internetdən sifariş edilərək əldə edilə bilən, hərbi təyinatı olmayan, texniki göstəriciləri zəif olan cihazları təqdim etməklə onların sakitləşdirilməsi istiqamətində təbliğat aparırlar.

Şəkillərdə nümayiş olunan erməni postlarında quraşdırılan və ermənilərin “kosmik müşahidə qurğusu” hesab etdikləri bu kameralar yalnız 300 m məsafəni müşahidə etmək qabiliyyətinə malikdir. Digər şəkildəki DH-PTZ12230-IRB-N kamerası isə istehsaldan çıxarıldığı üçün satışı dayandırılıb.

Beləliklə, Azərbaycan Ordusunun silahlanmasında olan ən adi silahla dirəklərlə hündürlüyə qaldırılmış həmin kameraları və onları enerji ilə təmin edən günəş batareyalarını asanlıqla məhv etmək mümkündür.

Bu da ermənilərin “qala divarları” hesab edərək Azərbaycan arsenalının qarşısına çıxardığı bu kameraların ömrünün uzun olmayacağından xəbər verir. /axar.az/



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar