Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Zahid Oruc icra başçısına sui-qəsddən danışdı – Sensasiya

Tarix: 05-07-2018 13:36     Baxış: 2456 A- / A+
Zahid Oruc icra başçısına sui-qəsddən danışdı



Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və onun mühafizəçisinə qarşı edilən silahlı hücum qətiyyətlə pislənilməli, sui-qəsdin təşkilatçısına qarşı qanunun sərt üzü tətbiq olunmalıdır. Hadisənin kriminal xarakter daşımasına baxmayaraq, onun ali dövlət orqanı təmsilçisinə qarşı həyata keçirilməsi xüsusi həssaslıq tələb edir.

Manevr.az müsavat.com-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc Gəncədə baş verən qanlı olayla bağlı bildirib. O qeyd edib ki, mühüm vəzifə daşıyıcısını qətlə yetirmək planı səbəb və məqsədlərindən asılı olmayaraq, ağır cinayət əməlidir və onu başqa adla çağıranlar xaos nəzəriyyələrinin daşıyıcılarıdır:
"Göründüyü kimi, dünəndən bəri ziddiyyətli xəbərlərin informasiya vasitələrində sürətlə tirajlanması maraqlı qrupların fəaliyyətə keçdiyini deməyə əsas verir. Kriminal qəsdi öz çərçivəsindən, məqsəd və mahiyyətindən çıxararaq ona müqəddəs mübarizə xarakteri verənlər, yaxud məmurun qətlini iddia edib ona sevinənlər təkcə şəxsi ədavət ocağını körükləmirlər, həmçinin qanunsuzluğu və terroru stimullaşdırmağa rəvac verirlər. Belələri 2018-ci ildə reallaşmaqdan məhrum olan planlarını istənilən qəsd olayına qatıb hər cür silahlı əməlin arxasınca getməyə hazırdılar.

Halbuki hüquq-mühafizə orqanlarının hadisə ilə bağlı yaydığı məlumatda adı keçən Yunis Səfərov cinayətkar əməlin daşıyıcısı kimi heç bir ali dəyərlərə və amallara malik deyil, əksinə, aşağı mənəviyyata malik birisidir və onun ətrafında düzəldilən miflər xoş niyyətlərdən xəbər vermir.

Təkzibolunmaz məlumatlardan görünür ki, il yarım öncə hüquq-mühafizə orqanı təmsilçinə qarşı arxadan hücum edərək onun silahını götürən, vətəndaşa ağır bədən xəsarəti yetirən şəxs bir çoxlarının informasiya məkanında onun boyuna biçdikləri obrazla heç bir uyğunluq təşkil eləmir. Üstəlik, şəhərin mərkəzində və inzibati binanın qarşısında hakimiyyət nümayəndəsini öldürməyə cəhd etməklə ölkənin gündəmini dəyişdirib bir çox qara fantaziyalara meydan açılması çox pis nümunədir.

Xüsusulə də sosial mediada “qaçaq-quldur dəstələrinin təmsilçilərinin belə “zorro”larla mübarizəyə başladı”ğını iddia etmək xəstə təxəyyülün məhsuludur və belə yanaşmalar, dövlət-hökumət təmsilçilərinə nifrət aşılayan mərkəzlərin əliylə ictimai rəy libasında təqdim olunur. Əlbəttə, yerli məmurların fəaliyyəti hər kəsi razı sala bilməz. Lakin narazılığı və etirazı silahla nümayiş etdirmək cəhdinə heç cür bəraət verilə bilməz və belə adamları yaxın gələcəkdə siyasi məhbusların siyahısına daxil edənlərin niyyətləri də hər kəsə bəllidir.

Azərbaycanda "oğru qanunları və kriminal razborkalar”ı təşviq edən zəka sahibləri qonşu ölkələrdə tüğyan edən əşirət üsul-idarələrini yaymaq üçün növbəti ünvan axtarışındadılar. Lakin belələri bir şəxsin cinayətkar əməlini “4 iyun Gəncə qiyamı” ilə eyniyüklü hadisələr cərgəsində təqdim edərkən xalqın unutqanlığına ümid bəsləyərək, dövlət və millət həyatının son 25 ildəki tarixi dəyişliklərini elə həmin odlu silahlarla yox etməyə hazırdılar.

İndi hakimiyyətin əleyhinə son günlərin enerji krizində ayrıca siyasi səngər düzəldənlər son olayları xüsusi şövqlə şərh edərkən hər vəchlə 90-cı illər Gəncəsi ilə oxşarlıq tapmaq üçün qaranlıq dəhlizlər və atəş səslərinin axtarışına çıxıblar. Halbuki, Azərbaycanın istənilən bölgəsində, o cümlədən, tarixi Nizami yurdunda baş verən hadisələr 30 il əvvəlki keçmişimizin acı gerçəkləri ilə eyniyyət təşkil edə bilməz. İnsanlarımız qətllərin və qəsdlərin tüğyan etdiyi bir dövrə heç vaxt qayıtmaq istəmirlər".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar