Xəbər lenti
Nikol Bakıdan hücum gözləyir: Qarabağa polis göndərilir ki...
Ermənistan Azərbaycan Ordusunun ehtimal edilən mümkün hücumları qarşısında həm texniki təchizat, həm də şəxsi heyətin hazırlıq səviyyəsi baxımından gücsüzdür.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a Ermənistanın Daxili Qoşun birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirilməsi barədə məlumatları şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq qeyd edib ki, Ermənistan son günlər cəbhədə yaranmış vəziyyəti ciddi götür-qoy edir:
“İşğalçı Bakıdakı hərbi paraddan sonra Azərbaycan Ordusunun potensialını qiyabi də olsa, təsəvvür etdi. Üstəlik, paraddan sonra Azərbaycan Ordusunun bütün təmas xətti boyunca təlimlərə başlaması və yeni alınmış silahların məşqini həyata keçirməsini ermənilər görür. Açıq-aşkar Azərbaycanın ciddi hərbi niyyətlərinin olduğunu anlayırlar. Danışıqlar prosesindən uzaq duran Ermənistan onu da yaxşı bilir ki, indiyə qədər müharibə amilinin qarşısında dayanan Rusiya artıq Azərbaycanla müəyyən dostluq telləri qurmağa başlayıb. Görünür, Rusiya nümayəndə heyətinin Azərbaycana gəlməsi sözün əsil mənasında Ermənistana təsir edib. Ermənistan Azərbaycan Ordusunun qarşısına yeni məqsədlər qoyduğunu başa düşür. Ona görə də işğalçı ölkədə həyəcan təbili çalınır. Bu da bilavasitə Azərbaycan Ordusu hücuma keçəcəyi təqdirdə Ermənistanın buna davam gətirə bilməyəcəyi qənaətindən irəli gəlir”.
Politoloq Ermənistanda təhlükəsizlik şurasının son iclasında Azərbaycan Ordusunun ehtimal edilən hücumu barədə geniş müzakirələrin aparıldığını deyib:
“İclasda Ermənistanın müdafiə sistemlərinin yenidən qurulması barədə qərar verilib. Həmin yığıncaqda belə bir qərar da qəbul edilib ki, Ermənistanın Daxili Qoşunları həm Ermənistan-Azərbaycan sərhədinə, həm də Dağlıq Qarabağ bölgəsinə - bilavasitə təmas xəttinə göndərilsin. Onlarda belə bir fikir hakimdir ki, guya Ermənistanın Daxili Qoşunları nizam və hazırlıq səviyyəsinə görə Azərbaycanın hücumu qarşısında müqavimət göstərə bilər. Ermənistan müdafiəyə, eyni zamanda, yeni silahlar əldə etməyə çalışır. Ancaq bunun üçün Ermənistanın imkanları çox məhduddur. Məsələn, ordunun kompleksləşdirilməsi sarıdan Ermənistan ordusunda ciddi çətinliklər var. Üstəlik, yeni hərbi texnika, hətta Su-30SM təyyarələrinin alınması da ciddi sual altındadır. Çünki büdcədən hərbi nazirik üçün ayrılmış təchizatlar yetərincə deyil və bu, mövcud ordunu saxlamağa imkan vermir. Ona görə də Ermənistanda hazırda maliyyə və çağırışçı qıtlığı yaşanır. Xüsusən də ordunun döyüş hazırlığı çox aşağı səviyyədədir. Burada Ermənistandan olan çağırışçılarla Dağlıq Qarabağdan gəlmiş çağırışçılar arasında problemlər də var. Bir sözlə, Ermənistan təşviş içərisində Azərbaycan ordusunun hücumunu gözləyir”.
Qeyd edək ki, erməni mediası Ermənistan hökumətinin 15 avqustdan başlayaraq, Daxili Qoşunların Dağlıq Qarabağa yeridilməsi barədə qərar verdiyini yazıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar