Xəbər lenti
ŞAD XƏBƏR: Sabahdan hava sərinləşəcək

İyulun əvvəlindən ölkə ərazisində müşahidə edilən anomal istilərdən sonra iyulun 5-i günün ikinci yarısından başlayaraq, hava şəraiti dəyişəcək.
Manevr.az trend.az-a istinadən xəbər verir ki,bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, iyulun 5-i günün ikinci yarısından başlayaraq, havanın temperaturu tədricən enəcək. İyulun 6, 7 və 8-də havanın temperaturu iqlim normasına yaxınlaşacaq. Hava küləkli olacaq, arabir isə güclənən şimal və şimal-qərb küləyi əsəcək.
U.Tağıyeva qeyd edib ki, iyulun 6, 7 və 8-də Abşeron yarımadasında havanın temperaturu 32-37 dərəcə arasında dəyişəcək.
Nazirlik rəsmisi onu da əlavə edib ki, yay fəsli boyunca anomal istilər yenə də müşahidə ediləcək.
Xatırladaq ki, iyulun əvvəllərində Bakıda və Abşeron yarımadasında 40-43 dərəcə isti qeydə alınlb. Bu isə Bakıda və Abşeron yarımadasında bütün instrumental müşahidə dövrü ərzində (120 il) rekord temperatur göstəricisi olub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar