Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistan ABŞ-a satılır: Rusiyadan Qarabağ mesajı

Tarix: 04-07-2018 08:01     Baxış: 2547 A- / A+
Ermənistan ABŞ-a satılır: Rusiyadan Qarabağ mesajı


Rusiya bu konfransı Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə keçirməklə Ermənistana çox ciddi mesajlar verdi.

Manevr.az
bildirir ki, bu sözləri axar.az-a Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin sədri Eldar Namazov deyib. O bildirib ki, Rusiya-Ermənistan birliyinin artıq çat verdiyi hiss olunur:

“İki ölkə arasında münasibətlər günü-gündən pisləşir. Bizim torpaqlarımızın işğalında rus amili çox böyük rol oynayıb. Rusiyanın dəstəyi olmasaydı, torpaqlarımız heç vaxt işğal olunmazdı. Bu günə qədər bu konfliktin həll olunmaması da məhz Rusiya amilinə görədir. İndi Ermənistan-Rusiya münasibətlərində belə çatların yaranması, ciddi narazılıqların baş qaldırması bizim üçün müsbət haldır. Proseslər bu istiqamətdə inkişaf edərsə, Rusiya hansısa mərhələdə bugünkü Ermənistan hakimiyyətini öz dəstəyindən məhrum edə bilər. Belə olan halda isə Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək. Azərbaycan Ordusunun üstünlüyü göz qabağındadır. Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə tam hazırdır”.

E.Namazov bir neçə maraqlı məqama da toxunub:

“Bu konfrans keçirilməzdən öncə Ermənistan prezidenti Armen Sərkisyan ABŞ-a səfər etmişdi. Ermənistanın prezidenti orada 4 gün ABŞ Dövlət katibi Pompeonun qəbuluna düşə bilmək üçün gözlədildi. Burada başqa bir maraqlı hadisəni xatırlatmaq istəyirəm. Mən hakimiyyətdə çalışdığım dövrdə Heydər Əliyev BMT-nin Baş Assemblyasının iclaslarında iştirak etmək üçün səfərlər edirdi. Həmin səfər zamanı ABŞ-ın Prezidenti Bill Klinton idi. Klinton iclasda iştirak etmək üçün Vaşinqtondan Nyu Yorka 2-3 saatlıq gəlirdi. Bu zaman çərçivəsində Klintonun sadəcə 2, ya da 3 ölkə prezidenti ilə görüşmək imkanı olurdu. Hər zaman ulu öndər Heydər Əliyev həmin 2-3 prezidentin sırasında idi. Ermənistan prezidenti isə indi 4 gündür ki, ABŞ dövlət katibinin qəbuluna düşmək üçün gözləyir. Yəni daim ermənilərin iddiaları onların imkanlarından, resurslarından az olub. Onlar daim xarici dəstəyə ehtiyac duyublar”.

E.Namazov vurğulayıb ki, indiki Ermənistan hakimiyyəti çox ağlasığmaz, reallıqdan uzaq olan bir konsepsiya irəli sürür:

“Rusiya da bunu görür. Ermənistanın yeni hakimiyyətinin yürütdüyü siyasətə görə, Rusiya Ermənistanın təhlükəsizliyini təmin etməli, ABŞ isə Ermənistanın iqtisadi inkişafına zəmin yaratmalıdır. Ermənistan öz iqtisadi inkişafını ABŞ-la bağlı görür və buna görə də ABŞ-ın Ermənistana güclü investisiyalar, sanksiyalar qoymasına çalışır. Təbii ki, belə yanaşma nə ABŞ-ı, nə də Rusiyanı qane edir. Nə qədər ki Ermənistanda Rusiyanın hərbi bazaları var, nə qədər ki Ermənistan Rusiya ilə hərbi blokdadır, ABŞ bu ölkəyə çox ehtiyatla yatırım qoyacaq. Eyni zamanda, bu yanaşma Rusiyanı da qane edə bilməz. Çünki Rusiya başa düşür ki, pulu kim verirsə, sabah həmin ölkə də burada söz sahibi olacaq. Ona görə də Ermənistan öz iqtisadiyyatını, gələcəyini ABŞ-la bağlamaq istəyirsə, Rusiya həmin ölkə ilə strateji müttəfiqlik münasibətlərinə son qoyacaq. Bu proses isə bu gün sürətlə davam edir”.

Politoloq vurğulayıb ki, ümumiyyətlə, tarixən bizim regionda başqa geopolitik oyunçuların arasında intriqalar salmaq, qonşu dövlətlərin, xalqların torpaqlarını xarici aktorların hesabına zəbt etmək ermənilərin xislətindədir:

“Onlar 100 il bundan əvvəl apardıqları siyasəti bu gün də davam etdirirlər. Hər zaman özlərini şoseyə çıxmış məlum peşə sahibləri kimi aparırlar. O vaxt da onlar özlərini böyük dövlətlərə təklif edirdilər, bu gün də. Amma son nəticədə həmişə bu yanaşma onların başında çatlayır. Hər zaman ermənilər əzilən tərəf olmağa məhkumdurlar. Bu dəfə də onların sonu belə olacaq”.

Politoloq vurğulayıb ki, ermənilərin SSRİ dağıldığı dövrdə başladığı geopolitik intriqalar yenə onların başında çatlayacaq:

“İndi biz o mərhələyə yaxınlaşırıq. Azərbaycan dövləti bütün sahələrdə ermənilərdən üstündür. Bu gün Azərbaycanın nüfuzu, mövqeyi, imkanları daha da genişlənib”.

Qeyd edək ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfrans keçirilib. Rusiya Dövlət Dumasının Korrupsiya ilə mübarizə üzrə komitəsinin sədr müavini Dmitri Savelyev, Dövlət Dumasının deputatı Aleksey Yezubov, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksadr Duqin, məşhur jurnalist, ictimai xadim Maksim Şevçenko, Ekspertlər Klubunun üzvü Valeri Korovin, “Milli müdafiə” jurnalının redaktoru, hərbi ekspert İqor Korotçenko, Beynəlxalq Avrasiya Hərəkatının Yaxın Şərq departamentinin direktoru Andrey Xarçenko, İrs İnstitutunun direktoru Yevgeni Baxrevski, ekspert Dmitri Kruqlıy, Moskva Beynəlxalq Universitetinin kafedra müdiri Sergey Komarov, ekspert Darya Durqin, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini Sergey Loqinov, Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupunun rəhbəri, deputat Əli Hüseynli, Azərbaycandakı Rusiya icmasının rəhbəri, deputat Mixail Zabelin, deputat Elman Məmmədov, deputat Fazil Mustafa və s. müzakirələrdə iştirak edib, Lələtəpədə Azərbaycan əsgərləri ilə görüşüblər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar