Xəbər lenti
Məşhur erməni Bakıya gəlmək istəyir
Məşhur erməni hüquq müdafiəçisi Georgi Vanyan Azərbaycana səfər etmək istədiyini açıqlayıb.
Manevr.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Vanyan öz Feysbuk səhifəsində paylaşıb.
"Dostum Zərdüşt Əlizadəyə yazdım ki, Azərbaycan hakimiyyətindən mənim bu ölkəyə gəlməyimlə bağlı icazə alsın. Doğma kəndimi ziyarət etmək və Zərdüştün qonağı olmaq istəyirəm. O, uzun müddətdir məni özünün dənizin sahilində yerləşən evində bir neçə günlük istirahətə çağırır. O, söz verib ki, müraciət edəcək. Yaxşı xəbərlər gözləyəcəyəm", – deyə Vanyan bildirib.
Qeyd edək ki, Vanyan Ermənistanın ən tanınmış hüquq müdafiəçilərindən biridir. Əslən Azərbaycandan olan Vanyan Qarabağ məsələsindəki mövqeyinə görə fərqlənir. O, bundan öncə Qarabağın Azərbaycana qaytarılması ilə bağlı çağırış edib.
Vanyan Xocalıya görə Azərbaycan tərəfindən üzr də istəyib.
O, Ermənistan hakimiyyətinin kəskin tənqidçisi kimi tanınır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar