Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dünyaca məşhur neyrobioloqdan ŞOK İDDİA: "Uşaqlarınızı bu yolla məhv etməyin"

Tarix: 03-07-2018 12:55     Baxış: 3707 A- / A+
Dünyaca məşhur neyrobioloqdan ŞOK İDDİA: "Uşaqlarınızı bu yolla məhv etməyin"



Müasir valideynlərin ən böyük istəyi zəmanənin tələblərinə uyğun savadlı övladlar yetişdirməkdir. Çoxumuz ən kiçik yaşdan etibarən uşaqlarımızı müxtəlif dərnəklərə qoyur, savadlı olmaqları ilə qürrələnirik. Rusiyanın dünya şöhrətli neyrobioloqu Tatyana Çerniqovskaya isə bu üsulun tamamilə yanlış olduğunu bildirir.

Xanım Çerniqovskaya valideynləri bu yoldan danışdırmaq üçün mühazirələrində, konfranslarda əlindən gələni edir.

Professor deyir ki, çağdaş uşaqların ən böyük problemi tələbkar valideynlərdir: "Kimsə mənə deyəndə ki, uşağımın iki yaşı var, amma yazıb-oxumağı öyrətmişəm. Cavab verirəm ki, axmaqsan ona görə. Uşağınızın zehni buna hazır olmadan onun beynini niyə yükləyirsiniz? Təbii ki, istiqamət versəniz, o hər şeyi öyrənər. Çünki uşaq beyni ağ kağızdır, intensivdir. Amma erkən yaşda ona niyə yazıb oxumaq öyrədirsiniz? Uşaq ona görə 7 yaşında məktəbə gedir ki, beyin təhsil yükünə tam hazır olsun.

Biz böyüklər körpə zehni kimi düşünə bilmirik, elə bilirik ki, onlar üçün də tədrisdə mürəkkəb heç nə yoxdur. Övladınıza belə işgəncə vermək əvəzinə, onlarla matorika sistemini sınaqdan keçirdin. Gözəl musiqi dinləyin. Bununla onlara yüksək zövq aşılayın.

Bundan əlavə, oğlanlarla daha konkret və qısa söhbət edin. Əsasən fəal işə yönləndirin. Onlarn enerjisi boldur. Daha geniş məkanlarda oynamaqlarını təmin edin. Ən xırda uğurlarına görə tərifləyin.

Qızlar isə qrup halında çalışmağı, göz ünsiyyətini, müəllimə yardım etməyi sevirlər. Onları bu zövqdən məhrum etməyin.

Unutmayın, bəzən övladınızın zəif yaddaş irsi ona mane ola bilər. Amma uşaqlarınızı buna görə ittiham etməyin. Bu bacarıq da onlara sizdən keçib. İstənilən bir şeyi öyrədəndə arada fasilə etməyi unutmayın". \publika.az



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar