Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda məşğulluq sahəsində iri portal yaradılacaq

Tarix: 03-07-2018 11:53     Baxış: 3306 A- / A+
Azərbaycanda məşğulluq sahəsində iri portal yaradılacaq


Bu ilin sonuna qədər məşğulluq sahəsində bütün məsələləri əhatə edən kompleks portalın yaradılması nəzərdə tutulur.

Manevr.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazirin sözlərinə görə, bu portala vakant yerlərlə yanaşı, işsiz kimi qeydiyyatdan keçən şəxslər barədə məlumatlar daxil ediləcək.

S.Babayev qeyd edib ki, belə portalın yaradılması əhalinin məşğulluğunun əlçatanlılığını genişləndirəcək: "İnsanlar portal vasitəsilə də vakant yerlər haqqında məlumat alacaq və vakansiyalar üçün müraciət edə biləcəklər. İnsanlar həm də alternativ olaraq, məşğulluq xidməti orqanlarına müraciət edərək göndərişlər əldə edə biləcəklər. Belə bir portalın yaradılması şəffaflığın təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir. Eyni zamanda, fiziki məhdudiyyətləri olan şəxslərin məşğulluq xidməti mərkəzlərinə gəlməsi üçün olan ehtiyac aradan qalxacaq, işsizlə işəgötürən arasında birbaşa körpü yaranacaq. Düşünürük ki, gələn il ərzində portal tam istifadəyə veriləcək"./trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar