Xəbər lenti
Oktyabrın 25-dək hava qeyri-sabit olacaq - XƏBƏRDARLIQ

Oktyabrın 20-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Abşeron yarımadasında gecə 7-9, gündüz 10-13, Bakıda gecə 7-9, gündüz 11-13 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi, şimal və şərq rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.Havanın temperaturu gecə 4-9, gündüz 10-14, dağlarda gecə 0-5, gündüz 3-8 dərəcə isti olacaq.
Oktyabrın 21-dən 25-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimalı var.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar