Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“İran vətəndaşları dollar dalınca Azərbaycana axın edir”

Tarix: 30-06-2018 18:45     Baxış: 3220 A- / A+
“İran vətəndaşları dollar dalınca Azərbaycana axın edir”


İran prezidenti Həsən Ruhaninin müşaviri Əkbər Türkan ölkədə davam etməkdə olan valyuta böhranına görə Mərkəzi Bankı tənqid edib.

Manevr.az virtualaz.org-a istinadən xəbər verir ki, İranın yarırəsmi "Tasnim" agentliyinə açıqlama verən Əkbər Türkan Mərkəzi Bankın dolların məzənnəsini 4 min 200 tüməndə sabitləşdirmək üçün gecikdiyini bildirib.

"Mərkəzi Bank dolların məzənnəsnin sabitləşdirilməsinə dair qərarı təxirə salaraq vəziyyətin bu həddə gəlib çatmasına səbəb oldu"-prezidentin müşaviri deyib.

Xəbər verildiyi kimi İranda son həftələrdə milli valyuta dollarla müqayisədə sürətlə dəyərdən düşür, nəticədə əsas tələbat mallarının qiymətləri kəskin artır. Dolların bahalaşması və qiymətlərin artması İranın bir sıra şəhərlərində hakimiyyətə qarşı küçə etirazları, toqquşmalarla müşaiyət olunub. İran hakimiyyəti milli valyutanın dəyərdən düşməsinə görə ABŞ-ı günahlandırır.

Əkbər Türkan bildirib ki, son vaxtlar İran vətəndaşları öz mal-mülklərini sataraq əldə etdikləri pulları Azərbaycan, Türkiyə və Gürcüstanda dollara çevirib İrana geri qayıdırlar. Habelə onun sözlərinə görə, bəzi idxalçılar dolları dövlətdən 4200 tümən məzənnəsi ilə alır, amma idxal etdiyi malı sərbəst bazarda dolların 8.100 tümən məzənnəsi ilə satışa çıxararaq hədsiz qazanc götürür.

Qeyd edək ki, son vaxtar Türkmənistan vətəndaşları da dollar almaq üçün Azərbaycana üz tuturlar. Türkmənistanda dolların rəsmi məzənnəsi ilə qara bazar məzənnəsi arasında az qala 3 dəfə fərq var. Və türkmənlər Bakıya üz tutaraq özləri ilə gətirdikləri bəzi tələbat mallarını satır, əldə etdikləri pulu dollara çevirərək geri qayıdır və orada valyutanı qara bazar məzənnəsi ilə türkmən manatına dəyişirlər. Lakin Türkmənistan hakimiyyəti bunun qarşısını almaq üçün sərt tədbirlər görməyə başlayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar