Xəbər lenti
İlham Əliyevin əmri: düşmənə təzyiq artır - Zülfüqarov
Bu təlimlərin keçirilməsi təbii ki, çox müsbət haldır.
Bu sözləri Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərə hazırlaşması barədə danışan Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
“Bu təlimlərin keçirilməsi təbii ki, çox müsbət haldır. Çünki ordunun gücü birbaşa silah və təlimlərlə ölçülür. Azərbaycan Ordusunun növbəti irimiqyaslı təlimlərə hazırlaşması əslində çox şeydən xəbər verir”, - sabiq nazir bildirib.
T.Zülfüqarov növbəti təlimlərin siyasi əhəmiyyətinə də toxunub:
“Azərbaycan Ordusunun keçirəcəyi növbəti təlimlərin məqsəd və hədəfləri bəllidir. Bu təlimlər siyasi baxımdan bir növ işğalçı qüvvələrə təzyiqdir. Hətta onlar da bunu çox yaxşı başa düşürlər. Hesab edirəm ki, Ali Baş Komandan İlham Əliyevin bu qərarı çox təqdirəlayiq bir addımdır və tezliklə öz nəticəsini verəcək. İnanıram ki, genişmiqyaslı hərbi təlimlərdə öz bacarığını yüksəldən Azərbaycana əsgəri qısa zamanda bu gücünü işğalçıya qarşı istifadə edəcək”.
Qeyd edək ki, iyulun 2-dən 6-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qisimləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri keçiriləcək.
Təlimlərə 20 000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq. /axar.az/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar