Xəbər lenti
Qubada praktiki təlimlərə start verilib FOTO

“Xalça Dünyası Assosiasiyası İctimai Birliyi “Xalçaçılıq sənətinin təbliği və inkişafı məqsədilə təlimlərin təşkili” layihəsinin icrası çərçivəsində praktiki təlimlərə start verib.
Manevr.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Quba rayonunda icra olunur.
Qeyd edək ki, ilk olaraq layihə çərçivəsində nəzəri təlimlər keçirilib. Hazırda 15 nəfərin iştirakı ilə keçirilən praktiki təlimlərdə iştirakçılar layihə rəhbəri, Azərbaycanın ilk sahibkar qadını Fatimət Ağamirzəyevanın nəzarəti və köməyi ilə əldə etdikləri bilik və məlumatları xalça toxunmasında tətbiq edirlər.
Praktiki təlimlərdə iştirakçılar xalça naxışlarının vurulması, xalçaların daranması,
xalçaların qayçılanması, xalçalara ilmə vurma, xalçaların toxunduğu dəzgahlar və onlarla iş texnikasının qurulması barədə əldə etdikləri məlumatları uğurla tətbiq ediblər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar