Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ilan sancmalarının ən çox baş verdiyi RAYONLAR

Tarix: 27-06-2018 16:29     Baxış: 3221 A- / A+
Azərbaycanda ilan sancmalarının ən çox baş verdiyi RAYONLAR




"Azərbaycanda ilansancma ilə bağlı xəstəxanaya müraciətlər daha çox Hacıqabul, Şirvan, Yevlax, Bərdə, Kürdəmir, Qəbələ rayonlarından daxil olur".

Manevr.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

İlansancma hallarının adətən, aprel ayından başlayaraq müşahidə edildiyini nəzərə çatdıran A.Maqsudovun sözlərinə görə, builki mövsümdə ilan sancan şəxslərin sayı ötənilki mövsümə nisbətən artıb. Ötən il aprelin əvvəlindən iyunun sonunadək cəmi 36 nəfər ilansancma şikayəti ilə mərkəzə müraciət etdiyi halda, bu il qeyd edilən müddətdə həmin şikayətlə mərkəzə müraciət edənlərin sayı 42 nəfər olub.

Şöbə müdiri əlavə edib ki, bu il ilan sancan şəxslərin 8-nin vəziyyəti ağır qiymətləndirilib. İlansancma ilə müraciət edənlərin 6-sı uşaq olub. İlan sancmasından ölüm halları qeydə alınmayıb.

A.Maqsudov Azərbaycanda insanları daha çox gürzə ilanının sancdığını söyləyib.

İlanların insanları daha çox ayağından sancdığını deyən A.Maqsudov qeyd edib ki, digər ilanlarla müqayisədə gürzə ilanının sancması insan üçün daha zərərlidir və onun fəsadları daha çox ola bilər: "Bu ilanın sancmasından sonra orqanizmin sağalması üçün daha çox zaman lazım olur. Eyni zamanda, ilan sancdıqdan sonra onun fəsadları müəyyən müddət ərzində orqanizmdə qalır. Xəstə mərkəzdə müalicə olunduğu dövrdə ilan zəhərinin daxili orqanlara təsirini minimuma endirmək üçün lazımi tədbirlər görülsə də, onda müqavimətin zəifləməsi, vətərlərdə hərəkətsizlik kimi hallar müşahidə edilir. Xəstədə bu dövrün nə qədər davam etdiyini konkret söyləmək mümkün deyil. Çünki bu, individualdır. Bəzi şəxslərdə orqanizmin müqavimətinin zəif olması, vətərdə hərəkətsizlik kimi hallar 2-3 ay, bəzilərində isə yarım il müşahidə edilir".



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar