Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıt-Bakı yolunda böyük tıxac yaranıb

Tarix: 27-06-2018 11:17     Baxış: 2218 A- / A+
Sumqayıt-Bakı yolunda böyük tıxac yaranıb


Bu gün səhər saatlarından etibarən Sumqayıt-Bakı yolunda böyük tıxac yaranıb.

Manevr.az xəbər verir ki, tıxacın yaranmasına Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsində asfalt-beton örtüyünün üst qatının yenilənməsi işləri ilə əlaqədar olaraq sözügedən istiqamət üzrə hərəkətin hissə-hissə qismən məhdudlaşdırılması səbəb olub.

Hazırda Sumqayıt-Bakı istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. Həmin yolda nəqliyyatın çox aşağı sürətlə hərəkət etdiyi bildirilir.

Məlumata görə, Sumqayıt-Bakı istiqamətində tıxac Bakının əsas küçə və prospektlərində, xüsusi ilə Tbilisi prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlığa səbəb olub.

Xatırladaq ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci km-lik hissəsində (Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi) asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən aşınmaya məruz qalan üst qatının yenilənməsi işləri ilə əlaqədar olaraq sözügedən istiqamət üzrə hərəkət hissə-hissə qismən məhdudlaşdırılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, hərəkətin hissə-hissə qismən məhdudlaşdırılması iyun ayının 26-dan 27-nə keçən gecədən etibarən tətbiq edilib.

Aşınma qatının yenilənməsi işlərinin birinci mərhələsi avtomobil tunelinin çıxışından (Bakı Beynəlxalq Avtovağzalı kompleksinin qarşısından) dəmir yolu körpüsünədək (Delfin otelin qarşısınadək) olan hissəsini əhatə edir. Təmir işləri sözügedən hissədə birinci mərhələdə üzrə yalnız sol 3 hərəkət zolağında aparılır yəni sağ 3 hərəkət zolağı üzrə hərəkət dayandırılmayıb.

Bu çərçivədə iyun ayının 26-dan 27-nə keçən gecədən etibarən qısa müddətlik Moskva prospektinin 20 Yanvar körpüsünə və tunelinə giriş məhdudlaşdırılmaqla hərəkət prospektin yan yoluna, yəni 20 Yanvar dairəsi-"Şamaxinka" adlanan ərazi istiqamətinə yönəldilib.

Nəticədə sürücülər 20 Yanvar dairəsi və "Şamaxinka"-dan istifadə etməklə yenidən əsas yola çıxa bilirlər. Bundan başqa, sürücülərin Biləcəri enişindən istifadə etməklə Delfin otelin qarşısından da əsas yola çıxmaq imkanları var. Bakı Dairəvi-1 avtomobil yolu ilə hərəkətdə olan sürücülər də əvvəlki qaydada maneəsiz olaraq Bakı-Sumqayıt yoluna çıxırlar.

"Sürücülərdən sözügedən hissədə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan (Bakı Dairəvi-1 - Lökbatan-Hocahəsən avtomobil yolları, Binəqədi şosesi - Binəqədi-Biləcəri (4-cü qapı küçəsi), Binəqədi-Novxanı-Masazır, Bİnəqədi-Novxanı-Corat avtomobil yolları) istifadə etməkləri tövsiyə olunur, təmir işləri aparılan ərazidə diqqətli olmaları, müvəqqəti yol nişanları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə öncədən vətəndaşlardan üzr istəyirik. Təmir işlərinə uyğun olaraq növbəti mərhələlər çərçivəsində baş tutacaq məhdudiyyətlər barədə öncədən ictimaiyyətə ətraflı məlumatlar veriləcək", - deyə məlumatda vurğulanıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar