Xəbər lenti
Lukaşenko İrəvanda niyə qalıb? - Sərkisyan devrilir?
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanda keçirilən iclası Belarus prezidenti Aleksandr Lukaşenkonun iradı ilə yadda qaldı.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, Lukaşenko “xırda məsələlərə görə onu İrəvana gətirdikləri” üçün etiraz edib və KTMT-nin dünya səviyyəsində qəbul edilmədiyindən şikayətlənib.
“Qrabarak” qəzeti isə Lukaşenkonun iclas başa çatandan sonra Ermənistanı tərk etmədiyi haqda məlumat yayıb.
“İclas başa çatandan sonra bütün prezidentlər Ermənistanı tərk etsə də, Lukaşenko İrəvanda qalıb və bir gün sonra ölkəsinə qayıdıb”, - deyə qəzet yazıb.
Məlumata görə, Lukaşenkonun Ermənistanda bir gün artıq qalmasının səbəbi biznesmen Qaqik Sarukyanla görüşməsi olub: “Belarus prezidenti Sarukyanla görüşüb, həmçinin, onun atasını da ziyarət edib”.
Sarukyanın mətbuat katibi İvet Tonoyan isə Lukaşenkonun Ermənistanda bir gün əlavə qalmadığını bildirib.
“Belarus prezidenti KTMT-nin iclası günü Sarukyanın qonağı oldu və həmin gün də Ermənistandan getdi”, - deyə mətbuat katibi vurğulayıb.
Qeyd edək ki, Q. Sarukyan Serj Sarkisyanın rəqibidir. Vaxtilə qatı müxalifətdə olan Sarukyan sonradan yumşaq mövqe sərgiləməyə başlayıb. Lakin Sarkisyan Sarukyanın kürəkəni olan keçmiş baş nazir Ovik Abramyanı vəzifəsindən uzaqlaşdırandan sonra aralarında ciddi narazılıq yaranıb. Lukaşenkonun Sarukyanla xüsusi görüşməsi bu kontekstdə diqqət çəkir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar