Sizin Reklam Burada
Xəbər lenti
11-09-2026
10-09-2026
BÜTÜN XƏBƏRLƏR

Ordumuzun diversiya keçirməsi ilə bağlı - Rəsmi açıqlama

Tarix: 23-06-2018 19:05     Baxış: 2491 A- / A+
Ordumuzun diversiya keçirməsi ilə bağlı


Bu gün erməni mətbuatında düşmən əsgərin cəsədinin tapılması barədə məlumat verilib. Bir neçə saat sonra isə daha bir məlumatda guya Azərbaycan Ordusunun diversiya keçirdiyi bildirilir.

Manevr.az xəbər verir ki, Müdafiə Nazirliyindən Azərtac-ın sorğusuna cavab olaraq bildiriblər ki, bu kimi xəbərlər yaymaqla Ermənistan tərəfi ordusundakı qanunsuzluqlar və nizamnamədən kənar münasibətlər nəticəsində mütəmadi olaraq baş verən qeyri-döyüş ölüm hadisələrini və cinayətləri ört-basdır etmək məqsədini güdür.

Azərbaycan Ordusunun istənilən gündəlik fəaliyyəti düşmən tərəfində xof və təşvişə səbəb olur. Ordumuzun bölmələri heç bir diversiya fəaliyyəti həyata keçirməyib.

Ermənistan mətbuatının yaydığı məlumatlar həqiqətə uyğun deyil və yalnız ölkə ictimaiyyətinin diqqətini ordusundakı özbaşınalıqlardan və artan qeyri-döyüş itkilərdən yayındırmağa yönəlib.

Cəbhə xəttindəki əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar