Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

İrəvanın Kremlə qarşı “U gedişi” – qorxulu NATO oyunu, Qarabağa şans pəncərəsi

Tarix: 23-06-2018 13:33     Baxış: 3575 A- / A+
İrəvanın Kremlə qarşı “U gedişi”


İşğalçı ölkədən Rusiyaya qarşı növbəti de-marş; Putinə sədaqət andı içən Nikol Paşinyan Alyansın sammitinə hazırlaşır; Ermənistan özünü təzədən “satışa” çıxarır, Moskvanın və Bakının reaksiyası nə olacaq?..

Ermənistanın yeni baş naziri Nikol Paşinyan hələ ki Rusiya ilə Qərb arasında vurnuxmaqdadır. Bir “əli” ilə Rusiyadan tutub, o biri “əlini” Qərbin sıxacağına ümid edən Paşinyan hazırda buna necə nail olmağın yolunu arayır. Çünki indilikdə Azərbaycana qarşı durmaq üçün işğalçı ölkədən ötrü ən optimal yol bu görünür. Orta perspektivdə isə sözsüz ki, əsas hədəfi Avropa, ABŞ-dır.

Bu arada N.Paşinyanın iyulun 11-12-də Brüsseldə NATO sammitində iştirak etmək niyyətində olması haqda xəbər yayılıb. “Yeni Müsavat” “Report”a istinadla bildirir ki, bu barədə “Jamanak” qəzeti yazıb. “Ermənistan baş nazirinin NATO sammitində iştirakı çox vacibdir. Ermənistan KKTMT üzvü olsa da, rəsmi İrəvan NATO-nu tərəfdaş təşkilat və ölkənin təhlükəsizliyinin təmin olunmasında etibarlı müttəfiq kimi görür”, – deyə Ermənistan hökumətindəki mənbələrdən biri bildirib.

Fikir verildisə, Paşinyan hökumətində NATO artıq Ermənistanın “təhlükəsizliyinin təmin olunmasında etibarlı müttəfiq və tərəfdaş təşkilat” kimi qəbul olunur. Halbuki belə bir təhlükəsizlik qarantını Ermənistana illərdir məhz Rusiya təmin edir. Nəinki təmin edir, Ermənistan Moskvanın regionda əsas hərbi qalası, faktiki, quberniyasıdır. İndi bu reallığın fonunda iddia eləmək ki, NATO Ermənistanın təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaş və etibarlı müttəfiqdir, bu, artıq Rusiyanın bostanına daş atmaq deməkdir, ona qarşı növbəti de-marşdır.

Qeyd edək ki, az öncə N.Paşinyan rəhbərlik etdiyi hökumətin ölkənin xarici siyasət kursunu dəyişmək fikrində olmadığını, Rusiya ilə bağlanan bütün beynəlxalq müqavilələrə sadiq olduğunu deyib. Ola bilsin, bu, “iki stulda” oturmaq siyasəti aparan erməni baş nazirin Rusiyaya hesablanmış növbəti nəbz yoxlanışı, yaxud günün birində Ermənistanın öz ağasını asanca Qərbə dəyişəcəyi fikrinə rəsmi Moskvanı indidən psixoloji cəhətcə hazırlamaq cəhdidir. Yəni açıq-aşkar görünür ki, işğalçı ölkə Paşinyanın hakimiyyətə gəlişli ilə özünü təzədən satışa çıxarmaq istəyir – həm də daha baha qiymətə.

Hər halda, öz komandasını müstəsna olaraq, “Amerika uşaqları”ndan, hətta Rusiyaya nifrət bəsləyənlərdən (məsələn, təhsil naziri) quran, Rusiyanın adamlarını isə vəzifələrdən qovan (məsələn, Baş Qərargah rəisi Movses Akopyan) Nikol Paşinyanın Kremlə gizli kin-nifrət bəslədiyinə, qərbçi olduğuna ekspertlər əmindir. Moskvada da artıq bunu bilirlər. Sadəcə, Rusiyanı satmaq üçün münasib zəmin yetişmədiyi üçün Paşinyan əlüstü Soçidə Putinə sədaqət andı içdi, Ermənistanın bundan sonra da Rusiyanın siyasi və hərbi orbitində qalacağına söz verdi.

İrəvanın Kremlə qarşı “U gedişi”


Ancaq Rusiya Rusiya olmazdı əgər, ermənilərin xəyanətini elə-belə bağışlayaydı. Ən azı, o səbəbə ki, Qafqazda aborigen millət olmayan ermənilərə dövləti məhz Rusiya qurub və günü bu gün də onlar məhz rusların himayəsi altında bölgədə separatçılıq və işğalçılıq siyasəti aparırlar. Bu reallığın kənarında erməni regionda at oynada bilməz.

Görək Moskvanın naşükür ermənilərin “U gedişi”nə reaksiyası nə olacaq. Hələ ki Putinin başı futbol üzrə Dünya Çempionatına qarışıb. Bu, blokada şəraitində olan Rusiya üçün beynəlxalq imic məsələsidir. Odur ki, çempionat müddətində Rusiya xüsusilə öz periferiyası boyu gərginlik yaranmasında maraqlı deyil. Amma elə iyulun ortalarında – NATO sammitindən bir neçə gün sonra beynəlxalq futbol yarışı bitəcək. Bu da o anlama gəlir ki, Rusiya lideri üçün Ermənistanın “nala-mıxa vuran” baş nazirinə ağrılı qulaqburması verməsi üçün heç bir subyektiv əngəl qalmayacaq.

*****

İrəvanın Kremlə qarşı “U gedişi”


Məsələyə rəsmi Bakının reaksiyası da maraqlı ola bilər. Hələ ki Azərbaycan prezidentinin NATO sammitində iştirak edib-etməyəcəyi barədə məlumat yoxdur. Ancaq İlham Əliyev Alyansın sammitinə qatılsa da, qatılmasa da, bu, Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirməz. Çünki Rusiyaya münasibətdə ikiüzlü və nankor siyasət aparan İrəvandan fərqli olaraq, balanslı xarici siyasət yürüdən Bakı Moskva ilə münasibətlərdə daima səmimi və açıqdır.

Ermənistan isə “örtülü bazar”a girişib. “Örtülü bazar da ki, dostluğu pozar”. Bu, gec-tez olacaq. Ona görə ki, N. Paşinyanı bəh-bəhlə hakimiyyətə gətirən xarici qüvvə ona vəd elədiyi böyük maliyyə dəstəyinin qarşılığında mütləq seçim tələb edəcək.

Əlavə edək ki, Azərbaycan prezidenti NATO sammitinə qatılmamaqla Paşinyanı Moskva qarşısında bir az da qəliz duruma sala, onu Kremlin qəzəbinə daha tez tuş edə bilər. Ermənistanın populist baş nazirinə qarşı ən effektli “peyvənd”in tətbiqi üçün isə Azərbaycan ordusunun Qarabağda irəliləməsinə cəmi 4-5 günlük fürsət tanımaq kifayət edər.

Doğrudur, Bakı Moskvanın bunu ilk növbədə öz maraqları naminə edəcəyini nəzərə almalı olacaq. Ancaq bizim üçün nə fərqi? Əsas odur ki, işğaldakı torpaqlarımız azad olunsun. Yolu önəmli deyil. Necə deyərlər, bu, elə məsələdir ki, hədəf istənilən vasitəni doğruldur… /musavat.com/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar