Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Mariya Zaxarovanın anti-Azərbaycan mövqeyinin pərdəarxası

Tarix: 22-06-2018 11:37     Baxış: 3335 A- / A+
Mariya Zaxarovanın anti-Azərbaycan mövqeyinin pərdəarxası



Hikmət Hacızadə: “Zaxarova güclü diplomat deyil”; Elçin Mirzəbəyli: “Zaxarova və mədəniyyət bir-biri ilə tamamilə əks qütbdə dayanıb”
Rusiyanın Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin rəhbəri Mariya Zaxarovanın Azərbaycanı sevməməsi, ermənipərəst mövqedən çıxış etməsi yenidən gündəmə gəlib. Buna səbəb iyunun 1-də Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktor müavini Artyom Kojinin keçirdiyi mətbuat konfransıdır.


Xatırladaq ki, həmin konfransda iştirak edən “Trend” İnformasiya Agentliyinin xüsusi müxbiri Artyom Sokolov Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarda separatçı rejimin nümayəndələrinin də iştirakının vacibliyinə dair fikrini diqqətə çatdırıb və direktor müavinindən məsələyə münasibət bildirməyi xahiş edib. A. Kojin isə suala cavabında bildirib ki, ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT tərəfindən əsası qoyulan müvafiq relslərə uyğun gəlməyən səs-küylü bəyanatlar konstruktiv deyil. Bununla bağlı konkret videogörüntü var və buna rəğmən sözügedən brifinqin Rusiyanın Xarici İşlər Nazirliyinin saytında yerləşdirilmiş mətnində Ermənistanın baş nazirinin mövqeyinin deyil, “Trend”in müxbirinin qeyri-konstruktiv olduğu önə çəkilib. Bununla bağlı iyunun 5-də Azərbaycanın media ictimaiyyəti Zaxarovaya müraciət etsə də, üstündən on gün keçəndən sonra xanım diplomat öz müavininə haqq qazandıran açıqlamalar verib. Bu da Azərbaycan ictimaiyyətində, mediada haqlı hiddət doğurub.

Xanım diplomatın məlum mövqeyi ilə bağlı çoxsaylı fikirlər var. Xarici işlər naziri Sergey Lavrovun ermənipərəst olmasının Zaxarovaya təsirsiz ötüşmədiyi barədə düşüncələr çoxluluq təşkil edir.Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadə Rusiya hökumətinin Azərbaycanı sevmədiyini bildirdi: “Rus məmurları da hökumətləri kimi Azərbaycanı sevmirlər. Onu özlərinə qardaş dövlət saymırlar. Ögey ana kimi münasibət bəsləyirlər. Bunlar yolverilməz hallardır. Erməniləri bizdən çox sevmələri reallıqdır. Ermənilərin qüsurlarının çox, bizim isə az olmağımızın da burada təsiri yoxdur. Düşünürəm ki, bizi sevməmələri inamsızlıqdan doğur.

Zaxarova da onun təzahürüdür. Zaxarovanın yerində başqa bir obyektiv şəxs olsaydı, həmin şəxs dilindən zarafatlar qaçırmaz, cürbəcür axmaq fikirlər deməzdi. Amma məcburdur ki, həmin siyasəti yeritsin. Bunu tərbiyəli şəkildə edər. İstənilən şəxs orada anti-Azərbaycan siyasəti yeritməyə məcburdur. Zaxarova güclü diplomat deyil. O, yarıjurnalist kimi bir şəxsdir”.Politoloq Elçin Mirzəbəyli qeyd etdi ki, Zaxarova rus-sovet diplomatiya məktəbinin tipik nümayəndəsidir: “Kimsəyə sirr deyil ki, bu məktəb güc, təhdid və aqressiya üzərində qurulub, bütün dünyada hələ orta əsrlərdən qəbul olunmuş diplomatik davranış qaydaları bu məktəbin nümayəndələrinə yad olub. Onun ermənipərəstliyinə gəldikdə isə bu pərəstlik ilk növbədə Rusiyanın MDB məkanına yönəlik siyasətindən və bu siyasəti həyata keçirən xarici işlər naziri Sergey Lavrovun personasından qaynaqlanır.

Zaxarova özünü hələ də Rusiya Xarici İşlər Nazirliyinin dəyişməyən atmosferinə uyğun olaraq imperiyanın sözçüsü hesab edir, hər kəslə aşağılayıcı və əzici tonla danışmağa səy göstərir. Rusiyanın imperiya qafalı nümayəndələrini az qala üz cizgilərindən tanıyan biri kimi bu qadınla onun öz üslubuna uyğun danışmağın tərəfdarıyam. Bu baxımdan da Mariya Zaxarovanın az qala, Azərbaycanın ictimai rəyinə təsir göstərə bilən biri kimi təqdim edilməsini, onun davranışları ətrafında ciddi müzakirələrin aparılmasını doğru saymıram.

Zaxarova kimdirsə odur. Onu bundan sonra dəyişmək, Azərbaycanın dostuna çevirmək bir halda mümkün olacaq ki, sahibi, yaxud sahibləri ölkəmizə qarşı səmimi münasibət bəsləsinlər, yaxud Azərbaycan hansısa məqamda Zaxarovanın, onun sahibinin korporativ maraqları üçün lazım olsun. Təəssüf ki, bu gün Rusiya siyasətçilərinin və diplomatlarının müəyyən bir hissəsində ”jirinovskiləşmə” gedib. Bu obraz isə Rusiyanın nüfuzuna təkcə Azərbaycanda deyil, bütün dünyada zərbə vurur. Bu obraz ikrah doğurur, nifrət aşılayır və yaxşı heç nə vəd etmir. Bildiyiniz kimi, Azərbaycan KİV-nin bir qrup təmsilçisi bir müddət öncə baş verən insidentlə bağlı Mariya Zaxarovaya müraciət ünvanlamışdı. Bu müraciət nəinki nəticə vermədi, əksinə, daha aqressiv münasibətə səbəb oldu. Təbii ki, Azərbaycan mediası bu addımla öz mədəniyyətini nümayiş etdirmişdi. Amma görünür, Zaxarova və mədəniyyət bir-biri ilə tamamilə əks qütbdə dayanıblar.


Bu səbəbdən də mənə elə gəlir ki, Zaxarova da sovet dövründə olduğu kimi, məşhur bir deyimə “mən rəisəm, sən axmaq” məsəlinə uyğun davranmağa çalışır. Bu səbəbdən də onu rusların öz aralarında bir-birilərini tez-tez göndərdikləri yerə də göndərmək lazımdır. Mən çox təəssüf edirəm ki, Rusiyanın yüksək mədəni və intellektual səviyyəsi olan diplomatları bir kənarda qalıblar və bu ölkənin xarici siyasət idarəsinə Sergey Lavrov rəhbərlik edir. Və bu nazirliyin də sözçüsü qəzəbli arvad (“zlaə baba”) Mariya Zaxarovadır”./musavat.com



Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar