Xəbər lenti
Açıq şəkildə satılan dondurmalarda təhlükə
Eyyub Hüseynov: «Açıq satılan dondurmaların üzərində yararlıq müddəti olmadığından, istehlakçıları aldatma hallarına daha çox rast gəlinir» Mansur Piriyev: «Dondurmanın qabı əzilibsə, deməli, əriyib və sonra təkrar dondurulub»
.
Havalar isindikcə yay mövsümünün ən sevilən təamlarından olan dondurmalara tələbat da artır. İndi ticarət mərkəzlərində, eləcə də parklarda açıq şəkildə dondurmaların satışına rast gəlinir. Mütəxəssislər açıq şəkildə parklarda satılan dondurmalarla bağlı da ciddi təhlükə olduğunu söyləyirlər.
Azad istehlakçılart Birliyinin sədri Eyyub Hüseynov açıq şəkildə satılan dondurmalara bəzən vaxtı keçmiş dondurmaların da qatıldığını iddia edir. Həmsöhbətimiz deyir ki, açıq satılan dondurmaların üzərində yararlıq müddəti olmadığından, istehlakçıları aldatma hallarına daha çox rast gəlinir: “Havalar isindikcə bu məsələ daha da aktuallaşır. İndi təhlükə təkcə satışdakı qablaşdırılmış dondurmalarla bağlı deyil. Bu gün parklarda açıq şəkildə satılan dondurmalarla bağlı da ciddi problem var. Qablaşdırılmış dondurmaların istifadə müddəti ötdükdə, satıla bilmədikdə açıq şəkildə satılır. Ona görə də, istehlakçı malın sertifikatını tələb etməlidir. Açıq dondurmanın istehsal tarixi ilə maraqlanmalıdır.
Çox təəssüf ki, işbazlar artıq qablaşdırılmış dondurmaları vaxtı keçəndə sata bilmədiklərindən, istehlakçılara açıq şəkildə sırıyırlar. İstehlakçılar buna diqqətli yanaşmalıdırlar”.
E. Hüseynov bükülüşü əzilən dondurmaları da alıb yeməyin təhlükəli olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, belə dondurmaların donu açılandan sonra təkrar dondurdurulması təhlükəlidir: “Mən tövsiyə edirəm ki, istehlakçılar dondurma alarkən qablaşdırmaya diqqət yetirsinlər. Çünki, bəzən donu açılan dondurmalar yenidən dondurulur ki, bu da zəhərlənmələrə yol aça bilər”.
Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Mansur Piriyev deyir ki, istehlakçıların dondurma alarkən bəzi hallara diqqət etməsi tövsiyə edilirb: “İstehlakçılar dondurma alarkən ilk növbədə dondurmanın hermetikliyinin pozulmamasına, etiketinə baxmaq, tərkibindəki maddələrə, məhsulun istehsal və son istifadə tarixinə fikir verilməlidirlər. Həmçinin dondurmanın satıldığı yerin sanitar qaydalara nə dərəcədə əməl etməsinə diqqət yetirmək vacibdir”.
Agentlikdən bildirilir ki, rəngli dondurmalara xüsusi diqqət yetirilməlidir: “Məsələn, sarı rəngdə olan dondurma limonlu dondurma sayılır. Ancaq istehlakçı bilməlidir ki, əgər dondurmanın rəngi tünd sarıdırsa, orada rəngləndiricidən istifadə olunub. Çünki limon əlavə edilmiş dondurma ağ rəngdən sarıya nadir hallarda çevrilə bilər, tünd sarı ola bilməz. Dondurmalara vurulan bu sintetik rəngləndiricilər allergik xəstəliklərə yol açma potensialına malikdir”.
M. Piriyev hermetik qablaşdırılmamış dondurma satan şəxsin gigiyena qaydalarına riayət etməsinə, iş sahəsində təmiz iş geyimi, bone və əlcəkdən istifadə etməsinə diqqət edilməli olduğunu da qeyd etdi: “Dondurmanın qabı əzilibsə, deməli, əriyib və sonra təkrar dondurulub. Yenidən dondurulma isə həm məhsulun dadına mənfi təsir göstərir, həm də zəhərlənmə təhlükəsini artırır. Dondurma marketlərdə tələb olunan qaydalara uyğun saxlanılmalıdır. Dondurmaların üzərinə birbaşa Günəş şüaları düşməməlidir. Dondurmanın saxlanıldığı soyuducunun üzəri qoruyucu örtüklə örtülməlidir. Dondurma açıq havada satılırsa, soyuducular kölgə düşən yerlərdə saxlanmalıdır. Dondurmalar digər qida məhsulları toyuq, balıq məhsulları və s. ilə eyni soyuducuda saxlanmamalıdır. Digər qidalarla eyni soyuducuda saxlanma dondurmanın keyfiyyətini pozmaqla yanaşı, onun tərkibində zərərli mikroorqanizmlərin inkişafına səbəb ola bilər. Qeyri-düzgün və antisanitariya şəraitində satılan dondurmalar asanlıqla yararlı qida məhsulundan təhlükəli məhsula çevrilə bilir”.
M. Piriyev açıq şəkildə satılan dondurmaların da ekspertizaya cəlb olunacağını bildirib.movqe.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar