Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Şamaxıda DƏHŞƏT! Asfalt örtüyü çökdü

Tarix: 20-06-2018 17:06     Baxış: 3339 A- / A+
Şamaxıda DƏHŞƏT! Asfalt örtüyü çökdü


Şamaxı-Çuxuryurd-Dəmirçi avtomobil yolu yenidən sürüşməyə məruz qalıb.


Manevr.az ARB TV-yə istinadən xəbər verir ki, yolun sağ və sol yamaclarından başlayan torpaq axını və iri çatlar asfalt örtüyünə xeyli ziyan vurub, əmirçi kəndinin girişində asfalt örtüyü iki yerə bölünərək yolda 45-50 santimetr enində iri yarğanlar əmələ gəlib.
Bir ay bundan öncə Şamaxı-çuxuryud-Dəmiriçi yolunun 3 hissəsində sürüşmə baş vermişdir. Artıq sürüşmənin əhatəsi böyüyüyərək 15-ə çatıb.

Şahmirzə Süleymanov – Sürücü: “Sürüşmə çox yerdədir. Hələ ki, sürüşür, dayanmır. Yağışlar kəsilib, inşallah düzəldəcəklər”.

Ərazidə hər gün yeni sürüşmələr və uçqunlar qeydə alınır. Yolun bəzi hissələrində asfalt örtüyü 15 metr uzunluqda 5 metr dərinlikdə çöküb. Artıq bir aydan çoxdur ki, Şamaxı-Çuxuryurd-Dəmirçi yolunda sürüşmənin baş verdiyi nöqtələrdə bərpa işləri aparılsa da havaların yağıntılı keçməsi səbəbəbindən ərazidə yeni sürüşmələr əmələ gəlib.

Mikayıl Şükürov – Sürücü: “Burdan iki kilometr yuxarıda Lahıc yolu tamamilə sürüşüb. 20 hektar əkin sahəsi belə tamamilə sürüşüm gedib”.

Cəlal Cəbiyev – Sürücü: “Dağ yamaclarıdı bular. Axan sel sularıdı ki, çatladır asfaltı, sıradan çıxarır”.

Ərazidə çalışan mütəxəsislərin sözlərinə görə, sürüşmənin baş vermə səbəbi yağan güclü leysan yağışlarıdır. Yağıntılar nəticəsində yolun dağ yamaclarına yığılan sel suları ərazidə gölməçələr əmələ gətirir, elə bu səbəbdən də yamcalardan başlayan iri çatlar böyüyür, yola doğru hərəkət edərək asfalt örtüyünün dağılmasına səbəb olur.

Aydın Həsənov – Dəmirçi yolunun sahə rəisi: “Əlbəttə ki, aradan qaldıracağıq problemi. Bu təbii fəlakətdir. Burada bir ara daşqınlar oldu. Hal-hazırda drenaj kanallar çəkirik, axan sel sularını, yağıntını ötürürük asfaltın kənarına”.

Artıq bu problemləri birdəfəlik aradan qaldırmaq üçün sürüşmənin baş verdiyi ərazilərdə mütəxəsislər tərəfindən işlər aparılır.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar