Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Tiranada Qarabağ məsələsi müzakirə olunacaq

Tarix: 20-06-2018 16:07     Baxış: 3344 A- / A+
Tiranada Qarabağ məsələsi müzakirə olunacaq



Albaniyanın Tirana şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 51-ci plenar sessiyası, həmçinin, Hüquqi və siyasi məsələlər üzrə Komitəsinin iclasları keçirilir.


Manevr.az-ın xəbərinə görə, tədbirlərdə QDİƏT PA-da Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və nümayəndə heyətinin üzvləri Jalə Əliyeva, Aydın Mirzəzadə, Musa Quliyev, Əflatun Amaşov iştirak edirlər.

Qeyd edək ki, iclaslarda Parlament Assambleyasının fəaliyyəti barədə hesabat dinləniləcək, Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv dövlətlərin iqtisadi, ekoloji, mədəni və sosial inkişafının ümumi məqsədləri, bu ölkələrdə rəqəmsal iqtisadiyyatın inkişaf perspektivləri, mədəni əməkdaşlığın möhkəmləndirilməsi və multikulturalizm mövzuları müzakirə olunacaq.

Hüquqi və siyasi məsələlər üzrə Komitənin iclasında isə komitənin sədr müavini Eldar Quliyevin “Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrdə kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi” mövzusunda məruzəsi dinləniləcək, məruzə ətrafında müzakirələr aparılacaq.

Nümayəndə heyətinin üzvü J. Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, adıçəkilən qurum kifayət qədər nüfuzlu təşkilatdır və burada Azərbaycanın problemlərinə, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinə həssaslıqla yanaşılır.

O xatırladıb ki, hələ bir neçə ay öncə, ötən ilin sonlarına yaxın QDİƏT PA-nın Ukraynada keçirilən toplantısında - Baş Assambleyanın 50-ci sessiyasında Azərbaycanla, Qarabağ münaqişəsi ilə bağlı tarixi hadisə baş verib, ermənilərin bütün təzyiqlərinə, təxribatlarına, hətta iclas zalını tərk etmələrinə baxmayaraq, çox mühüm əhəmiyyət kəsb edən, Ermənistanın işğalçılıq siyasətini ortaya qoyan Bəyannamə qəbul edilib.

“O zaman ermənilər nə qədər cəhd etsələr də, həqiqətin önünə keçə bilmədilər, cəhdləri uğursuzluqla nəticələndi, Azərbaycanla, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çox vacib və tarixi əhəmiyyətli sənəd qəbul olundu.

Bu, Azərbaycan nümayəndə heyətinin, Azərbaycan diplomatiyasının, bütövlükdə Azərbaycanın uğuru idi. AŞPA, Avropa Parlamenti və İslam Əməkdaşlıq Təşkilatından sonra Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ədalətli sənəd qəbul edən qurum QDİƏT PA oldu.

Odur ki, belə bir qurumda təmsil olunmaq, onunla yüksək səviyyədə əməkdaşlıq etmək çox vacibdir.

Biz də nümayəndə heyəti olaraq çalışırıq ki, bu istiqamətdə üzərimizə düşün işlərin öhdəsindən layiqincə gələk. Bu dəfə də qurumda çox mühüm məsələlərin müzakirəsi gözlənilir və bizlər həmin müzakirələrdə daha aktiv, daha fəal olmaq niyyətindəyik.

Bir daha fürsət və imkan olarsa, Qarabağ münaqişəsini, Ermənistanın işğalçılıq siyasətini gündəmə daşımaq fikrindəyik”, - deyə J. Əliyeva əlavə edib.

Onu da qeyd edək ki, millət vəkili A. Mirzəzadə nümayəndə heyətində yeni təmsil olunur.

O, qurumda millət vəkili Çingiz Qənizadəni əvəzləyir.

Belə ki, Ç. Qənizadə bir müddət öncə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü seçilib.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar