Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Tanınmış QHT rəhbəri həbs olundu - Məhkəməyə əli qandallı gətirildi

Tarix: 18-06-2018 16:42     Baxış: 4378 A- / A+
Tanınmış QHT rəhbəri həbs olundu


Korrupsiyaya qarşı Mübarizə Fondunun təsisçisi Vasif Mövsümov həbs olunub.


Manevr.az-ın criminal.az-a istinadən xəbərinə görə, o, Səbail rayon Məhkəməsinin qərarı ilə həbs edilib.

Həmin məhkəmədə Vasif Mövsümov barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq; təkrar törədildikdə) maddəsi üzrə məhkəmə prosesi gedirdi.

Bundan başqa hazırda Binəqədi rayon məhkəməsində V.Mövsümovun məhkəmə prosesi gedir. Cinayət işində Mustafayev Səxavət Nurəhməd oğlu, İbrahimova Sədaqət Ədil qızı və Həsənova M.K. qızı zərərçəkmiş qismində tanınıb. V. Mövsümov həmin məhkəməyə də əlləri qandallı gətirilib.

Xatırladaq ki, Vasif Mövsümov barəsində Bakının bir neçə rayon məhkəməsində məhkəmə prosesi gedir. Belə ki, Nəsimi Rayon Məhkəməsində də analoji cinayət faktı ilə bağlı məhkəmə prosesi olub və cərimə cəzasına məhkum edilib.

Qeyd edək ki, Mövsümov Vasif Seyidəli oğlu 2010-cu ildə Salyan seçki dairəsindən bitərəf kimi deputatlığa namizəd olub. Korrupsiyaya qarşı Mübarizə Fondu 1 fevral 2004-cü ildə təsis edilib və Vasif Mövsümov bu fondun icraçı direktoru olub. 2015-ci ildən isə Fondun təsisçisidir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar