Xəbər lenti
Oliqarx Mübariz Mənsimov Azərbaycana qarşı müharibə elan edir – Eynulla Fətullayevin yazısı
Bizim dövrümüzdə çox az adam ləyaqətlə uduzmağı bacarır. Və daha da az adam həyat fəlsəfəsinin başlıca dərsini-bu dünyanın sonsuz olmadığını və həyatın da qısa olduğunu dərk edir. Hər şey keçib gedir, hər şeyin nə vaxtsa sonu olur. Belə görünür ki, Böyük Süleyman peyğəmbərin dövründən başlayıb böyük sultan Süleymana (hələ müasir dövrün böyük siyasətçisi olmuş Süleyman Dəmirəl bir yana qalsın) qədər gələn bu yazılmamış qanunu həyatın bütün çətinliklərini görmüş müdrik adamlar əslində mənimsəməli idi.
“Sultan Süleymana qalmayan dünya sənə də qalmaz”-türklərin sevimli atalar sözüdür. Mən dünyanın əbədiliyi barədə mülahizələr yürüdərkən qonşu Türkiyədə həmişə anılan bu üç Süleyman barədə nədən xatırladım?
Ötən gün sosial şəbəkələrdə “Talışıstan millli televiziyası” adlı separatçı talış internet-telekanalının müflisləşmiş oliqarx Mübariz Mənsimova həsr edilmiş verilişi sürətlə yayıldı. Heç demə nəinki vətənpərvərlik və ya millətçilik, eləcə də separatçılıq yaramazların əl atdığı sonuncu vasitə ola bilərmiş.
Separatçılar Mənsimovun müdafiəsi üçün kampaniya başladıblar
Qısaca desək verilişdə neftin qiymətinin ucuzlaşmasından sonra sürətlə müflisləşən və kredit öhdəliklərini yerinə yetirə bilməyən eks-oliqarx Mübariz Mənsimov talış separatçılığı ideyası uğrunda mübarizənin qurbanı obrazında təqdim olunur. M.Mənsimov üzləşdiyi bəlanın səbəblərini öz uğursuzluğunda və ya işlərin düz getməməsində, göylərdən gələn hansısa dərd-bəla ilə deyil, məhz özünün etnik mənsubiyyətində görür.
Həmin veriliş açıq-aşkar sifarişlidir və pulla hazırlanıb, amma ən başlıcası budur ki Azərbaycana və onun hakimiyyətinə qarşı kəskin nifrət üzərində qurulub. Və bu teletamaşada ən ziddiyətlisi budur ki, kriminal avtoritet “Rövşən Lənkəranski”nin öldürülməsi ilə Mübariz Mənsimovun müflisləşməsi arasında əlaqə axtarılır. Heç demə onların hər ikisi etnik mənsubiyyətlərinin güdazına gediblərmiş!
Məsələnin bu cür qoyulması təkcə ona görə qəribə və anlaşılmazdır ki, həm Mənsimov, həm Lənkəranski türk dövlətinin-Ərdoğan Türkiyəsinin ərazisində öz formalaşma, inkişaf mərhələsini yaşayıblar. Və Lənkəranski də, Mənsimov da kriminal bizneslə bağlı olub. Əgər birinci heroin tranzitinə nəzarət edirdisə ikinci İŞİD-in İraq və Suriya ərazilərinin bir hissəsini nəzarətə saxladığı vaxtlarda islamçı terrorçuların neftini nəql edirdi. Yeri gəlmişkən, o vaxtlar ABŞ prezidenti Bara Obama rusiyalı həmkarı Vladimir Putinlə görüşdə birmənalı formada Mübariz Mənsimovun “Lukoil” şirkəti ilə əlaqələrindən şikayətlənmişdi.
“Palmali” şirkətinin İŞİD neftini necə daşıdığı və Qərb kəşfiyyatının bu barədə faktları Rusiyaya təqdim etdiyi barədə o vaxt nüfuzlu “Novaya qazeta” böyük araşdırma da dərc etmişdi. Tezliklə Rusiya hakimiyyəti və neft şirkətləri ləkələnmiş Mənsimovla bütün təmasları kəsdilər. Üstəlik ələ yaxşı fürsət də düşdü-axı Mənsimovun şirkəti Rusiyada vergidən yayınmışdı. Amma talış separatçı telekanalının verilişində Mənsimovun biznes imperiyasının faciəli sonunu gətirən əsl səbəblər haqda bir kəlmə də danışılmır. Oliqarxı ona görə müflis ediblərmiş ki, o talışdır!
Yeri gəlmişdən bu separatçıların sevimli təbliğat-informasiya taktikası, daha doğrusu nömrəsidir: problemli şəxsin etnik mənsubiyyətini qabartmaq, yaxud etnik problemi durmadan “fırlatmaq”. Bəs Mənsimovun özünü bu cür rüsvayçı rolu seçməyə nə məcbur edib?! Çıxılmaz duruma düşməsi. Axı bu möhtəşəm çöküşü nə iləsə izah etmək lazımdır ya yox?
Müflisləşmiş oliqarxın əmlakı, gəmiləri əlindən çıxır, İstanbulda onun təkcə borcları qalıb. Hansı ki, Mənsimov bu borcların əlindən gənc manekenlə türk dövlətinin kurort rayonuna qaçıb və talış televiziyasının versiyasına görə bu da onların liderinin qüdrətini sarsıdıb.Televiziyanın başı ağ yaylıqlı, yaşlı qadın aparıcısı separatçıların yeni liderinin obrazını yaratmaqla məşğul oldu, xalqı batırılmış və küncə sıxılmış biznesmenin müdafiəsinə qalxmağa çağırdı. Aparıcının sözlərindən belə çıxırdı ki, Mənsimovun son vaxtlara qədər səsləndirdiyi azərbaycanyönümlü bütün vətənpərvərlik şüarları ancaq deklorativ və tamaşa xarakteri daşıyırmış, ona-bu talış patriotuna Azərbaycanda öz biznesini şovinist türklərdən qorumaq üçün lazım imiş.
Belə görünür ki, avantürist Mənsimov yeni oyuna girib. Türkiyədə onun itirməyə heç nəyi qalmayıb-müflisləşmiş biznesi və borcları, ödəmədiyi kreditlərin yığılıb qalmış faizləri və Türkiyə hakimiyyətinin qəzəbi ilə üz-üzədir. Ona görə də Mənsimovun hər şeyi atıb Köhnə Dünyada xoşbəxtlik axtarmaqdan başqa yolu qalmır. Və budur, ona bu məsələdə gözdən düşmüş separatçı-biznesmen, Qərblə münasibətləri hamar olmayan iki türk hakimiyyətinin qurbanı obrazı heç vaxt olmamış kimi kömək edə bilər. Və Mənsimov öz ağlına görə etibarlı sığınacaq tapıb-bəzi qərb və Rusiya xüsusi xidmət orqanları tərəfindən himayə olunan, öz şəbəkələrini Qərbi Avropanın bir çox ölkələrinə yayan separatçı gizli təşkilatlanma.
Lakin Mənsimovun müdafiəçisi qismində təkcə separatçı talış televiziyası çıxış etmir, Əli Kərimlinin və Qənimət Zahidin qismində ekstremist müxalifətçilər də onun tərəfinə keçiblər.
Qənimət Zahid də Mənsimovu müdafiə edir
Belə qənaətə gəlməyə Qənimət Zahidin “Azərbaycan saatı” proqramının bir neçə həftə əvvəl yayılan buraxılışı əsas verir. Həmin proqramda Qənimət Zahid Azərbaycan hakimiyyətini “Palmali”nin müflisləşməsinin başlıca günahkarı elan edib və bildirib ki, Mübariz Mənsimovu “qəsdən müflisləşdirərək” onun biznesini ələ keçirmək istəyirlər. Lakin bu zaman Qənimət Zahid də talış separatçısı kimi “Palmali”nin müflisləşmə ərəfəsində olmasına görə Azərbaycan hakimiyyətinin hansı formada günahkar olduğunu dəqiqləşdirməyib, buna dəlalət edən hansısa fakt səsləndirməyib.
Əslində isə Mənsimovun Rusiyada, Rostovda qeydiyyatdan keçmiş gəmiçilik şirkəti “Palmali” MMC (“Palmali Shipping” LLC-nin törəməsidir) barəsində yerli məhkəmə tərəfindən müflisləşmə proseduru başladılıb. Bu məhkəmə sənədlərinə baxmaq kifayətdir ki, ekstremistlərin və talış separatçılarının təbliğatının nə dərəcədə yalan üzərində qurulduğuna əmin olasan. Həmin sənədlərə əsasən şirkətin vergi və kredit borcları onun cəmi aktivlərinin balans dəyərindən yuxarıdır, yəni Mənsimov şişmiş borclarını ödəmədiyinə görə müflis olur.
Lakin bu hələ hamısı deyil. Bizim kiçik araşdırmalarımız Mənsimovun taleyi uğrunda mübarizə aparan üçüncü mərkəzi də ortaya çıxarır. Məlum olur ki, Mübariz Mənsimov nəinki talış separatçılarına və Qənimət Zahidə, eləcə də Amerikadakı erməni diasporuna qarmaq atıb.
Əldə etdiyimiz informasiyaalra görə Amerikadakı erməni lobbisi Mənsimovun borclarını refinans edir, başqa sözlə onu rəsmən müflisləşmədən qorumağa çalışır. Digər tərəfdən Mənsimov Amerikadakı erməni diasporunun nüfuzlu şəxslərindən olan Levon Termendzhyanla (Levon Termenciyan ) ortaqlığa başlayıb, onun oğlunun adına şirkət açıb. Reyestr məlumatlarına əsasən ABŞ-ın ermənilərin sıx yaşadığı Kaliforniya ştatında qeydiyyatdan keçmiş “Palmali USA” LLC şirkətinin səlahiyyətli şəxsi qismində Levon Termencyanın oğlu Corc Termencyan göstərilir. Bu şirkət 2016-cı il oktyabrın 27-də qeydiyyatdan keçib və Mənsimovun borclarını refinans etməklə məşğuldur.
Faktlar ortada…
Levon Termenciyanla Mənsimov arasında münasibətlər Türkiyədə çoxdan bəllidir. Bu erməni diaspor xadimi tez-tez Mənsimovun Türkiyə təşkil etdiyi məclislərin qonağı olub, onun yaxtasında dincəlib, işgüzar münasibətlər qurub və ABŞ-a qayıdıb. İnternet mənbələrində “Palmali USA” LLC şirkətinin fəaliyyətinə dair informasiyalara rast gəlinmir, amma Mənsimov Termenciyanla görüşləri barədə Türkiyədə həvəslə danışırmış.
Bu həmin Levon Termenciyandır ki, ABŞ-da kommersiya və yaşayış məqsədli daşınmaz əmlak biznesi ilə məşğul “SBK Holdings” adlı irkətin sahibidir, şirkətin 800 milyon dollarlıq aktivləri var. ABŞ mediasının yazdığına görə Termenciyan bu ölkənin Daxili Təhlükəsizlik Departamenti tərəfindən çirkli pulların yuyulmasına, vergidən yayınmaya və neft oğurluğuna görə istintaqa cəlb edilib. Həmin fakt “SBK Holdings” şirkətinin keçmiş prezidenti və hüquq məsləhətçisi Edqar Sərkisyanın məhkəməsi zamanı üzə çıxıb. (Burada belə sual meydana çıxır-görəsən Mənsimovun tankerləri ilə amerikalı müstəntiqləri maraqlandıran həmin qanunsuz neft arasında bağlılıq varmı?)
Sərkisyanı ötən il məhkəməyə işlədiyi şirkət verib və onu vəsaitlərin mənimsənilməsində günahlandırıb. Edqar Sərkisyan isə Termenciyanın barəsində bildiklərini məhkəmədə açıqlayıb. Bildirib ki, Termenciyanın “şübhəli və gizli biznes praktikası” onu şirkətdən uzaqlaşmağa məcbur edib.
Və indi Mənsimovun qlobal informasiya şəbəkəsinə atdığı talış məsələsi ona “Azərbaycan və Türkiyədəki ağ ləkələrdən” azad olmağa kömək edir. Heç demə Mənsimov qətiyyən türk dünyası ilə bağlı deyilmiş, o əsl talış separatçısıdır, Azərbaycana qarşı mübarizə aparır, bu səbəbdən Azərbaycan və Türkiyə hakimiyyətləri tərəfindən müflis edilib. Və həqiqətə oxşadılmış bu əfsanə Mənsimov üçün erməni mənşəli amerikalıların sanballı mövqelərə malik olduğu ABŞ biznes-cameəsinin geniş imkanlarından faydalanmaq yollarını açır.
Talış separatçılığı, erməni pulları, Qənimət Zahid-bunlar Mübariz Mənsimovun dəhşətli çöküşünün sonsuz saniyələridir. Daha bir müflisləşmiş kredit oliqarxı Azərbaycana qarşı müharibə elan edir. Və bu yeni alçaq müharibənin hələ başlanğıcıdır…
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar