Xəbər lenti
Çörək mağazalara belə gətirilir? - ŞOK İDDİA FOTO
Sumqayıtda çörək paylayan maşında çəkilən foto şok effekti yaradıb. Belə ki, fotodan göründüyü kimi maşın daha çox çörək daşımaq üçün baqajdan əlavə oturacağın üstünə, ayaq altına da çörəklər yığıb. Daha sonra bu cür çörəklər mağazalara, oradan da evlərimizə girir. Bu cür paylanan çörəklərin hansı gigiyenik qaydalara cavab verdiyi isə sual altındadır.
Fotonu çəkən sosial şəbəkə istifadəçisi Nicat Nəsirli fikirlərini belə ifadə edib:
"Bu fotoları səhər saatlarında Sumqayıt avtovağzalının yanında çəkmişəm. Qaynar-qaynar alıb evə apardığımız çörək adlı neməti bir sıra əldəqayırma sexlər belə daşıyıb bizə yedirdirlər. Sürücünün sağında yerləşən oturacağın üstünə, ayaqaltına yığılaraq daşınan bu çörəklər vərəm kimi bir çox yolxucu xəstəliklərin mənbəyidir. Hələ üstəgəl, onu bişirənin, daşıyanın, satanın sağlamlığı haqda heç bir məlumatımız yoxdur. Mağazalarda çörəklərin yığıldığı rəflərə fikir verin, antisanitariya baş alıb gedir. Açıq şəkildə əldən-ələ keçərək evlərimizə yol tapan bu "zavod çörək"ləri bizi qidalandırmır, "öldürür".
Amma bu işdə bizim də günahımız var. Belə hallara qarşı ictimai etirazın, qınağın olması çox vacibdir. Qablaşdırılmamış çörəkdən istifadəni azaltmaq, gigiyenik baxımdan qorunan çörəklərdən istifadəyə etmək lazımdır. Qoy vətəndaşına hörmət edən sahibkar daha çox qazansın!
Son illər ölkəmizdə çörək sənayesi xeyli inkişaf edib, müasirləşib. Rəflərimizə yeni qablaşdırılmış, gigiyenik çörək çeşidləri daxil olub. Amma müşahidəmə görə, əhalidə açıq, özüdə qaynar çörəyə maraq daha böyükdür. Axşamlar rəflərdə qablaşdırılmış çörəklər tökülüb qalır. Satıcılarda etiraf edirlər ki, açıq çörəklər daha çox alınır. Çoxu hesab edir ki, qablaşdırılmış çörək alanda çəkidə və qiymətdə itirir. Bu düzdü, bəs sağlamlığımızın qiyməti neçəyədir? Sonra həkimlərə xərclənən pulları, vaxtı, əsəbi hesablayan varmı?
Hər bir vətəndaşı bu sahədə ictimai həssaslığa çağırıram. Müasir çörək zavodlarımız da dövlət qurumları ilə birgə maarifləndirmə təşəbbüslərini artırmalıdırlar. Gəlin sağlamlığımızı qoruyaq!".\femida.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar