Xəbər lenti
“Azərişıq” gücləndirilmiş iş rejiminə keçir
Ramazan bayramı ilə əlaqədar qeyri-iş günləri enerji istehlakçılarının, habelə bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz enerji təchizatının təmin olunması məqsədilə texniki və təşkilatı tədbirlər görülərək "Azərişıq” ASC-nin Mərkəzi Aparatı və RETSİ (SS)-lər üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb.
Bunu qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, elektrik şəbəkələrinin normal iş rejimi təmin olunmaqla Bayram günlərində RETSİ-lər və rayon (şəhər) Elektrik Şəbəkələri üzrə növbətçilik təşkil edilib, sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət gücləndirilib, elektrik şəbəkələrinin mal-material ehtiyacının ödənilməsi üçün zəruri tədbirlər görülüb.
Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günlərində "Azərişıq” ASC tərəfindən aparılması planlaşdırılan bütün işlər müvəqqəti olaraq dayandırılacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar