Xəbər lenti
Mir Şahin dəhşətləri açdı: Məni əsir edib apardılar...
Məni bir akademikin adı ilə söyən adamlar bir şeyi anlamır ki, akademik məni bir dəfə, amma bu adamlar yüz min dəfə söyüb.
Manevr.az xəbər verir ki, bu sözləri Real TV-nin rəhbəri Mir Şahin Ağayev ASAN Radioya müsahibəsində deyib. O bildirib ki, bu barədə ilk dəfə danışır:
“Məni bir akademikin adı ilə daha çox söyürlər. Tamaşaçılar cavandır. Əksəriyyəti müstəqillik dövründə dünyaya gəlmiş insanlardır və onlar bəlkə də məni heç tanımırlar. Onlar bizim keçmişimizdən xəbərdar deyil”.
Mir Şahin vurğulayıb ki, o, elə-belə jurnalist deyil:
“Mən 25 il bundan öncə Gəncə hadisələrini, Azərbaycan dövlətinin neçə parçalandığını, bizim vətəndaşlarımızın bir-birini necə qırdığını, Şimal tərəfdən “Sadval” təşkilatının nümayəndələrinin zurna çala-çala bizim sərhədi necə tapdalayıb keçdiyini görmüşəm. Vahid Mustafayevlə mən o kütlənin ayağının altında qalmışıq. Bizi Dərbəndə əsir aparıb Rus Dram Teatrında 8 saat girov saxlayıblar. Mən Qarabağda gedən döyüşlərdə olmuşam. Və mən bu dövlətin nə boyda çətinliklər, əzab-əziyyətlər bahasına formalaşdığının şahidiyəm. Nə vaxtsa mən ölüb gedəcəm. Amma Azərbaycan jurnalistikası tarixində bapbalaca bir cümlə də olsa, adım yaşayacaq. Məni söyənlər o cümləyə hörmət etməyən insanlardır. Allah onların canını salamat eləsin!”/ kult.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar