Sizin Reklam Burada
Xəbər lenti
31-07-2026
30-07-2026
29-07-2026
BÜTÜN XƏBƏRLƏR

ABŞ-la müharibə Bakıya da təsir edir – Zahradil

Tarix: 09-06-2018 16:00     Baxış: 2345 A- / A+
ABŞ-la müharibə Bakıya da təsir edir


Avropada Amerika Birləşmiş Ştatlarına bənzər strukturun yaradılması planı iflasa uğrayıb.

Bunu Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammitində Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin vitse-prezidenti, Avropa Parlamentinin üzvü Yan Zahradil deyib.

2019-cu ildə Avropa Parlamentinə seçkilərin keçiriləcəyini deyən Yan Zahradil parlamentdə tamamilə yeni qüvvələrin ortaya çıxacağını bildirib. O qeyd edib ki, Avropa II Dünya müharibəsindən sonra ABŞ-ı mərkəzi rolda görsə də, bundan sonra belə olmayacaq.

Yan Zahradil AB-nin ABŞ-la təkcə iqtisadi deyil, həm də enerji müharibəsində olduğunu bildirib. Avropalı siyasətçi bu müharibənin enerji ehtiyatlarına sahib Azərbaycana da təsir etdiyini vurğulayıb.

Sammitdə çıxış edən Bolqarıstan təmsilçisi Nikolay Barekov son illər Aİ-nin qarşısında iki çağırışın çıxdığını deyib. Onun sözlərinə görə, bunlar Donalt Trampın ABŞ prezidenti seçilməsi və Böyük Britaniyanın Aİ-dən çıxışını nəzərdə tutan Breksitdir.

Nikolay Barekov Breksitin Aİ-ni zəiflətməyəcəyini deyib./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar