Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ordumuzun Günnütü azad etməsinə İrəvandan BİABIRÇI REAKSİYA: Azərbaycan bizdən xahişi etdi ki... - FOTO

Tarix: 09-06-2018 15:53     Baxış: 32 394 A- / A+
Ordumuzun Günnütü azad etməsinə İrəvandan BİABIRÇI REAKSİYA: Azərbaycan bizdən xahişi etdi ki...


Ermənistan Müdafiə Nazirliyi Günnüt kəndinin Azərbaycan ordusu tərəfindən işğaldan azad edilməsiylə bağlı bəyanat yayıb.

Manevr.az-ın axar.az istinadən verdiyi xəbərə görə, bəyanatda Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan iddia edib ki, guya Azərbaycan tərəfi iyunun 6-sı və 7-də İrəvana müraciət edərək, insanların Günnüt kəndində yerləşən qəbiristanlığı ziyarət etməsinə şərait yaradılmasını xahiş edib. Ovanisyan Azərbaycan tərəfinin belə bir xahişi ilk dəfə etdiyini bildirib. Bundan sonra Ovanisyan guya Ermənistanın hər zaman humanitar normalara sadiq olduğunu və buna görə də vətəndaşların qəbiristanlığa girməsinə izn verildiyini vurğulayıb:

Ordumuzun Günnütü azad etməsinə İrəvandan BİABIRÇI REAKSİYA: Azərbaycan bizdən xahişi etdi ki...


“Günnüt neytral zonada yerləşir. Dinc sakinlərə buraya yaxınlaşmağa izn verilib. Ermənistan ordusu situasiyaya tam nəzarət edir”.

Ovanisyan, görünür, növbəti dəfə söylədiyi yalanlarla az öncə verdiyi bəyanatı tutuşdurmağı “yaddan çıxarıb”. Belə ki, Naxçıvan Əlahiddə Ümumqoşun birliklərinin fəallaşmasıyla bağlı informasiyaları ilk dəfə məhz elə Ermənistan mətbuatı yaymışdı. “Razm.info” saytı mayın ortalarından etibarən sözügedən yüksəkliklərin alınmasını xəbər vermişdi.

Feysbuk sosial şəbəkə istifadəçisi Siranuş Tumanyan isə Arpa kəndi yaxınlığında Azərbaycanın yeni mövqelər tutması barədə görüntünü 30 mayda tirajlamışdı:

"Areni kəndinin (ermənilər Arpa kəndini belə adlandırır - red.) yaxınlığında Azərbaycan tərəfinin yeni mövqeləri. Fotoları elə bu an Areni kəndinin bağlarından çəkmişəm. Kənd onlar tərəfindən tamamilə müşahidə edilir. Hazırda bizim mövqelər daha aşağı səviyyədə qalıb. Kənddə çaxnaşmadır. İnanmayanlara və inkar edənlərə, xahiş edirəm ki, Areni kəndinə gəlib əmin olsunlar” (Tumanyanın yaydığı foto təqdim edilir - red.)

Yalnız bundan sonra Ovanisyan fakta münasibət bildirdi və dolayısı ilə onu təsdiqlədi. Ovanisyan o zamankı rəsmi açıqlamasında Azərbaycanın yeni istehkam işlərini neytral ərazidə apardığını və Ermənistanın düşmənə heç bir ərazi vermədiyini dedi:

“Bu, neytral ərazidir. Burada əlavə mövqelərin qurulması qanuni prosesdir. Bizim də N sayda belə mövqelərimiz var. Məncə, bu, situasiyanı dəyişmir”.

Maraqlı məqam odur ki, Ovanisyan həm Günnütü Azərbaycan ərazisi adlandırır, mayın 30-da Azərbaycanın bu ərazidə yeni mövqelər yaratmaq haqqına sahib olduğunu deyir, bugünkü açıqlamasında isə azərbaycanlıların dədə-baba Günnüt qəbiristanlığını ziyarətini “ermənilərin razılığı ilə” izah etməyə çalışır.

Ordumuzun Günnütü azad etməsinə İrəvandan BİABIRÇI REAKSİYA: Azərbaycan bizdən xahişi etdi ki...
Ordumuzun Günnütü azad etməsinə İrəvandan BİABIRÇI REAKSİYA: Azərbaycan bizdən xahişi etdi ki...


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar