Xəbər lenti
Bu işçilərə ödənilən məbləğlər artırıldı

Nazirlər Kabineti “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri"nin cədvəli yeni redaksiyada təsdiq edib.
Manevr.az axar.az-a istinadən xəbər verir ki, qərara əsasən, bütün tipdən olan ümumtəhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri, fəhlələr üçün tədris məşğələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı 5,35 manat, dosent və ya fəlsəfə doktoru üçün saathesabı 3,55 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün saathesabı 2,75 manat ödəniləcək.
İndiyə qədər bu kateqoriya üçün tədris məşğələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı 4,85 manat, dosent və ya fəlsəfə doktoru üçün saathesabı 3,20 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün saathesabı 2,50 manat ödənilib.
Xüsusi təyinatlı (hərbi, dövlət təhlükəsizliyi və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyiciləri üçün tədris məşğələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı 6,35 manat, dosent və ya fəlsəfə doktoru üçün saathesabı 4,60 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün saathesabı 3,10 manat ödəniləcək. İndiyə qədər bu kateqoriya üçün tədris məşğələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı 5,75 manat, dosent və ya fəlsəfə doktoru üçün saathesabı 4,15 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün saathesabı 2,80 manat ödənilib.
Doktorantlar, ali təhsilli rəhbər işçilərin və mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri tədris məşğələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı 7,65 manat, dosent və ya fəlsəfə doktoru üçün saathesabı 5,35 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün saathesabı 3,55 manat ödəniləcək. İndiyə qədər bu kateqoriya üçün tədris məşğələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı 6,95 manat, dosent və ya fəlsəfə doktoru üçün saathesabı 4,85 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün saathesabı 3,20 manat ödənilib.
Qərara əsasən əməyin saathesabı ödənilməsi məbləğlərinə məzuniyyət haqqı daxil edilir. Müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor və ya elmlər doktoru üçün 6,35 manat, dosent və ya fəlsəfə doktoru üçün 4,60 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 3,10 manat məbləğində müəyyənləşdirilir. Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 4,05 manat, çılpaq naturada isə 6,70 manat məbləğində müəyyən olunur. Əməyin saathesabı ödənilməsi məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil edilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar