Xəbər lenti
Danışma və eşitmə qüsuru olan insanlara film və klip təqdim edildi FOTO
Mayın son günlərində Nizami Kino Mərkəzi Human Foundation qurumunun nəzdində fəaliyyət göstərən Human Deaf Community ilə birgə eşitmə və danışma məhdudiyyətli uşaqlara işarət dilinə tərcümə edilmiş "Madaqasqar" animasiya filmini və Araxçın MMC/Deaf Community-nin təşkilatçılığı ilə eşitmə və danışma məhdudiyyətli gənclərə Cümhuriyyətin 100 illiyi ilə bağlı cəkilmiş videoçarxı təqdim edib.
Təqdimatda, eşitmə və danışma məhdudiyyətli uşaqlar, gənclər, valideynlər, "Həyat Fond"unun təsisçisi,xeyriyyəçi Hacı Nuran Hüseynov, "Avrasiya Combat Jiu-Jitsu" Federasiyasının Prezidenti,idman ustası, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aqil Acalov, "Dəstək Olaq Xeyriyyə Təşkilatı"nın rəhbəri Heseynova Aşura, jurnalist Xanlar Mehdiyev iştirak ediblər.
Deaf Community komandasının surdo-tərcuməci və təlimçisi Könül Quliyeva, ssenari müəllifi və videoqrafı isə Əli Xiləlidir. Könül Quliyeva çıxışında, bu layihənin ərsəyə gəlməsində əsas məqsədin eşitmə və danışma məhdudiyyətli gənclərin öz vətəninə, torpağına bağlılığını,sevgisini bildirmək üçün hec bir məhdudiyyətin olmadığını bildirmək və onların əlləri ilə dedikləri bu vətənpərvərlik duyğularına az da olsa dəstək olduqlarını qeyd edib.
Deaf Community-nin rəhbəri Nuranə Abıyeva, Araxçın MMC direktoru Fatimə Süleymanova çıxışlarında gələn qonaqlara təşəkkürlərini bildiriblər.
Qonaqların tədbir müddətində deyilənləri rahat başa düşməsi üçün komandanın surdo-tərcüməçi və təlimçisi Şamil Sabirzadə tərəfindən canlı tərcümə edi.
Xatırladaq ki, Azərbaycanda ilk dəfə davamlı olaraq surdotərcüməli filmlər Human Deaf Community-nin layihəsi əsasında və Nizami Kino Mərkəzinin dəstəyi ilə.\milli.az təmənnasız nümayiş olunur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar