Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat: Gün eynəklərini hər kəs sata bilməz

Tarix: 04-06-2018 14:19     Baxış: 3423 A- / A+
Deputat: Gün eynəklərini hər kəs sata bilməz
Azərbaycanda eynəklərlə bağlı qanun layihəsinin müzakirələrə çıxarılması və qəbulu nəzərdə tutulur.
Bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib.
O, qeyd edib ki, bu məsələ neçə illərdir müzakirələrdə, gündəmdədir və artıq zaman yetişib ki, bu yöndə ayrıca qanunvericilik olsun.
M. Quliyev bu baxımdan da, artıq eynəklərlə bağlı "Optika haqqında" qanun layihəsinin ilkin variantı hazırlandığını söyləyib:
"Artıq yaz sessiyası başa çatıb. Növbədənkənar iclaslarda da bu məsələnin müzakirələrə çıxarılması yəqin ki, mümkün olmayacaq. Ancaq qarşıdan gələn payız sessiyasında bu məsələnin komitəmizdə müzakirəsi və ondan sonra yəqin ki, plenar iclasa tövsiyəsi mümkündür".
M.Quliyev vurğulayıb ki, ümumiyyətlə, bir çox ölkələrdə belə qanunlar var:

"Azərbaycanda da bu sahədə qanunvericilik gücləndirilməlidir. Çünki söhbət təkcə gün eynəklərindən getmir, burada eyni zamanda optik eynəklərin keyfiyyəti, ölçüləri, yaş və xəstəlik xüsusiyyətləri önəmlidir. Xüsusilə yay mövsümündə hər kəs demək olar ki, eynəkdən istifadə edir, amma əksər istifadəçilər bilmir ki, o eynəklər gözə uyğundur, ya yox. Buna görə də belə bir qanunla hüquqi tənzimləmə vacibdir".

Deputat qeyd edib ki, optik eynəklər də, gün eynəkləri də həkim məsələhəti ilə alınmalıdır:

"Gün eynəklərini də hər kəs hər yerdə sata bilməz. Yaxud da mənşəyi məlum olmayan eynəklər satıla bilməz. Bunların hamısı qanun layihəsində əksini tapıb. Eynək satışı və idxalı ilə məşğul olan şəxslər müvafiq kurslar keçməli, ən azı, sertifikata malik insanlar olmalıdır".oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar