Xəbər lenti
Xarici ekspertlər Bakıya gətirilir: Baş Plan
Bakının Baş Planının hazırlanması istiqamətində bu günədək görülmüş işlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dərindən araşdırılaraq, hərtərəfli qiymətləndiriləcək.
Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.
Məlumata görə, qiymətləndirmə başa çatdıqdan sonra Bakı şəhərinin Baş planının hazırlanması işləri davam etdiriləcək, həmin sənədin Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin tələblərinə tam cavab verməsi və aparıcı dünya təcrübəsinə uyğunluğu təmin ediləcək. Bu prosesə yerli mütəxəssislərlə yanaşı nüfuzlu beynəlxalq ekspertlərin də cəlb olunması planlaşdırılır.
Bakı şəhərinin Baş Planının hazırlanması işi tam həcmdə yekunlaşdıqdan sonra, sənəd aidiyyəti təşkilatlarla razılaşdırılacaq və təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim olunacaq.
Qeyd edək ki, 2011-2016-cı illər ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə “Böyük Bakının Regional İnkişaf Planı” və onun əsasında “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı”nın layihəsi hazırlanıb. “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı” Bakının Baş Planı kimi təqdim edilsə də, onun aidiyyəti üzrə razılaşdırılması tamamlanmamış, sənəd Nazirlər Kabineti tərəfindən təsdiq edilməmişdir./Musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar