Xəbər lenti
"FHN, AAYDA və Göyçayın icra başçısı buna görə çıxıb xalqdan üzr istəməlidirlər..."
Bu dəqiqələrdə Bakı-Şamaxı-Göyçay və əks istiqamətdə marşrut üzrə hərəkətdə olan minlərlə insan çox çətin vəziyyətə düşüb. Son məlumata görə, minlərlə avtomobil və elə bir neçə min insan çox böyük narahatçılıq içindədir.
Baxıram, yenə sosial şəbəkələrdə bir "vur-çatlasındır". Bir qrup insan həqiqətən də dərin narahatçılıq keçirir, digəri sadəcə monitor arxasında üzr istəyirəm ifadəmə görə, "mırtdaşmağa" mövzu tapıb, digərləri isə hələ də vəziyyətin necə acınacaqlı olmasının fərqində deyillər. Ancaq, vəziyyət həqiqətən də çox acınacaqlı və düşündürücüdür. Axı illərlədir ki, biz deyirik ki, ölkədə müvafiq qurumlar var, onların dövlətdən kifayət qədər yüksək məvacib alan vəzifəli şəxsləri də var. Gərək onlar bu cür fors-major hadisələri əvvəlcədən görərdilər və lazımı addımları atardılar. Mən bu məsələyə sırf hərbçi gözü ilə baxıram və hesab edirəm ki, müvafiq qurumların rəhbər şəxsləri, başda Goyçay rayon icra hakimiyyəti başçısı, onun əlaqədar qurumları çıxıb xalqdan üzr istəməlidirlər öz bivec və yarıtmaz fəaliyyətlərinə görə. Azərbaycan Avtomobil Yolları Agentliyi də belə bir vəziyyətin yaranmasına görə məsuliyyətdən yaxasını kənara çəkə bilməz. Bütün hökumət və dövlət strukturları bir sıra vacib məsələlərdə əlaqəli işləmədiklərinə görə, bax belə bir vəziyyət yaranıb. Müharibə vəziyyətində olan dövlətin FHN-i başda olmaqla digər qurumların belə fəaliyyəti heç cürə qənaətbəxş sayıla bilməz. Ancaq bu vəziyyəti tez bir zamanda aradan qaldırmaq üçün yetər ki, Müdafiə Nazirliyinin köməyindən yararlansınlar. Onların su üzərindən ağır döyüş texnikasını və şəxsi heyəti keçirmək üçün xüsusi texniki vasitələri (pantonllar) mövcuddur. Doğrusu bilmirəm, FHN-nin Mülki Müdafiə Qoşunlarında belə texnika var ya yoxdur, amma vaxt gözləmir. Qısa bir zamanda operativ tədbirlər görülməli və həmən texnika yaxın saatlarda Göyçay rayonu ərazisinə çatdırılmalıdır. İnsanların dünyasını dəyişmişləri, xəstələri, təcili olaraq ezamiyyətə bə ya məzuniyyətə gedənləri vardır. Bəs onların yaşadıqları narahatçılığa görə kimsə çıxıb öz günahlarını etiraf edə biləcəkmi? Hərçənd ki, inanmıram kimsə yetkililərdən özündə cürət tapıb çıxıb yaranan narahatçılığa görə üzrhaxlıq edər, amma lazımdır. Belə məsuliyyətsizlik olmaz və ay bu fövqəladə təbiət hadisəsidi-filandı bəhanələri də keçmir. Dünyada o qədər təbii fəlakətlər, su basmaları, yanğınlar və digər hadisələr baş verir ki, biz görürük orada olan peşəkarların hərəkətlərini. Bizdə isə, əksər məsul qurumlarda "Həsən ağanın dost-tanışları, qohum-əqrabaları" yerləşdirildiyinə görə, ortada bax belə ciddi problemlər yaşanır. Mənə elə gəlir ki, FHN və bir neçə digər qurumlar ilə bağlı çox ciddi ölçülər götürülməlidir.
Tanrı Azərbaycanımızı yerlərdəki bəzi "üstü bəzək, altı ..əzək" məmurlardan qorusun!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar