Xəbər lenti
Məmur dağlara qaçdı: Azərbaycana keçmək istəyir
Qonşu Dağıstanda casus-döyüş filmlərini xatırladan hadisələr baş verir.
Manevr.az xəbər verir ki, Dağıstanın tibbi-sosial ekspertiza Bürosunun rəhbəri, respublika parlamentinin deputatı Maqomed Maxaçev mayın 31-də işdən azad edilib. Maxaçev həmin Büroya 2013-cü ildən başçılıq edirdi və hüquq-mühafizə orqanları onun saxta sənədlərlə yüzlərlə dağıstanlıya əlillik statusu verdiyini, nəticədə Rusiyanın Dövlət Pensiya Fonduna on milyonlarla rubl ziyan vurdğunu müəyyən ediblər.
Həmin gün onun evinə qəfildən güc strukturlarının əməkdaşları gedib, amma Maxaçevi evdə tapıb həbs etmək mümkün olmayıb. Məlum olub ki, korrupsioner məmur həbsdən yayınmaq üçün dağlara qaçıb.
Dağıstan KİV-lərinin yazdığına görə Maqomed Maxaçev beş illik fəaliyyəti ərzində həkimlərdən, tibb bacılarından, ekspertlərdən, başçılıq etdiyi büronun əməkdaşlarından və digərlərindən ibarət mütəşəkkil qruplaşma yaradıb. Həmin qruplaşma ildə yüzlərlə Dağıstan sakininə rüşvətlə saxta əlillik statusu verib. Deyilənlərə görə Maxaçevin sayəsində Dağıstanda sakinlərinin az qala hamısı əlil statusu daşıyan kəndlər yaranıb.
İstintaqın hesablamalarına görə Maxaçevin əməlləri sayəsində Pensiya Fonduna 24-27 milyon rubl ziyan dəyib. Bu, təkcə 2017-ci il üçün olan rəqəmdir. Maxinasiyalarla bağlı 5 maddə ilə cinayət işi qaldırılıb. Mayın 31-də güc strukturlarının əməkdaşları əllərində Maxaçevin həbsi barədə orderlə onun Mahaçqaladakı evinin qapısını döyüblər. Lakin məlum olub ki, Maxaçev onların gəlişindən cəmi bir neçə dəqiqə əvvəl evi tərk edə bilib.
Müəyyən olunub ki, Maxaçev öz avtomobilində tələsik Mahaçqalanı tərk edib və doğma kəndinə – Tlyaratinsk rayonunun Mahaçqaladan 300 kilometr məsafədə yerləşən Qindib kəndinə doğru gedir. Güc strukturlarının əməkdaşları 20 avtomobillə onun dalınca düşüblər, amma kəndə çatanda məlum olub ki, Maxaçev orada da yoxdur və dağlara qaçıb.
“Komsomolskaya pravda” qəzetinin Dağıstan əlavəsinin yazdığına görə hazırda Qindib kəndinin ətraflarında və yaxınlıqdakı meşələrdə xüsusi təyinatlıların iştirakı ilə Maxaçevin axtarışları gedir. Habelə Maxaçevin evinin yaxında xüsusi təyinatlılar növbə çəkir. Bildirilir ki, onun çoxsaylı qohumları, tayfasının üzvləri də Maxaçevi dəstəkləmək üçün evinin ətrafına toplaşıb. İstintaq hesab edir ki, dağlara yaxşı bələd olan Maxaçev Rusiya-Azərbaycan sərhədinə tərəf gedib və Azərbaycana keçməyi planlaşdırır.
Maxaçevin işi üzrə 200-ə yaxın şəxs şübhəli qismində istintaqa cəlb olunub. Həmin cinayət işi üzr bir neçə həftə əvvəl Tibbi-Sosial Ekspertiza Bürosunun bir neçə əməkdaşı həbs edilmişdi. Daha sonra istintaq Maxaçevin özünü də həbs etməyi qərara alıb, amma onu yaxalamaq mümkün olmayıb.
Bildirilir ki, Dağıstanda saxta arayışlarla əlilik statusunun verilməsi Maxaçevdən əvvəl də geniş yayılmışdı. Nəticədə xalq arasında Dağıstana “idmançılar və əlillər diyarı” adı verilmişdi. Maxaçev də vəzifəyə təyin olunandan sonra bu ənənəni davam etdirib. Bir neçə il əvvəl onun fəaliyyəti barədə araşdırmalar aparılsa da deputat-məmur Dağıstanın keçmiş rəhbəri Ramazan Abdulatipovla yaxınlığı sayəsində məsuliyyətdən kənarda qala bilib. /Virtualaz.org /
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar