Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xankəndində müxalifət büdcə davasına qalxdı...- Ara qızışır

Tarix: 02-06-2018 20:12     Baxış: 3304 A- / A+
Xankəndində müxalifət büdcə davasına qalxdı...- Ara qızışır


Müxalifətçi deputat “parlament sədri”ni sabotajda ittiham edib...

Azərbaycanın işğal altındakı Xankəndi şəhərində qondarılmış separatçı-terrorçu rejimə qarşı etirazlar başlanıb.

Manevr.az Rusiya mediasına istinadla xəbər verir ki, mayın 31-də qondarma rejimin “parlamenti” adlanan qurumun iclasında “Milli Dirçəliş” partiyasının lideri və “milli məclis”dəki “Dirçəliş” fraksiyasının rəhbəri Ayk Xanumyan “spiker” Aşot Qulyana qarşı sərt çıxış edərək onu sabotajda günahlandırıb. Buna səbəb “parlament”in mayın 18-dən 25-dək aparılmış 2017-ci ilin büdcəsinin icrası ilə bağlı müzakirələri jurnalistlərin iştirakı olmadan bağlı qapılar arxasında keçirməsi olub. Rəhbərlik bunu iclasın keçirildiyi məkanın dar olması və oturacaqların çatışmaması ilə izah etsə də, müxalifət bununla razılaşmayıb.

“Daşnaksütyun” partiyasının Xankəndində nəşr olunan “Aparaj” qəzeti də büdcə müzakirələrinin gizli aparılmasını açıq tənqid edib. Qeyd edək ki, qondarma rejimin 2018-ci ilə olan büdcəsi xərclərin gəlirləri 10 milyon dollaradək üstələməsi ilə təsdiqlənib. İclasda 33 deputatdan 32-i iştirak edib. Onlardan yalnız “Hərəkat-88” və “Dirçəliş” fraksiyalarından olan 4 deputat bu cür defisit büdcənin əleyhinə səs verib.

Xəbər verildiyi kimi, dünən Xankəndi şəhərində Ermənistan Milli Təhlükəsizlik Xidməti əməkdaşlarının iştirakı ilə kütləvi dava da baş verib. Hadisə ilə əlaqədar 15 nəfər tutulub. Olayın məişət zəminində baş verdiyi bildirilir və Təhlükəsizlik Xidməti əməkdaşlarının cəzalandırlıması tələb olunur. Faktla bağlı məhkəmə tibbi-ekspertizası keçirilib.

Məişət zəminində olduğu iddia edilən bu insidentin əslində İrəvanda hakimiyyəti sarsılmış Qarabağ klanı ilə N.Paşinyanın şəxsində hakimiyyətə gəlmiş Ermənistan klanı arasında əvvəldən mövcud olan ziddiyyətlərdən qaynaqlandığı ehtimal edilir.

Ümumiyyətlə, Ermənistandakı son olayların qığılcımları Dağlıq Qarabağa da sıçramaqda, müxtəlif qruplaşmalar arasında münasibətlər qızışmaqdadır. Aldığımız məlumata görə, Xankəndi, Hadrut və s. məntəqələrdəki yoxsul erməni əhalisi son günlər müxtəlif zəminlərdə kiçik etiraz aksiyaları da keçirib. Bu haqda növbəti yazıalarımızda...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar