Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yeni rektordan ilk açıqlama: “Planlarımız var"

Tarix: 01-06-2018 11:09     Baxış: 3433 A- / A+
Yeni rektordan ilk açıqlama: “Planlarımız var"


Prezident İlham Əliyev yeni yaradılan Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edib. Dövlət başçısının sərəncamına əsasən, bu vəzifə Ceyhun Valeh oğlu Məmmədova həvalə edilib.

Yeni təyin olunan rektor Ceyhun Məmmədov modern.az-a açıqlamasında prezidentin sərəncamını yüksək qiymətləndirib:

"Əvvəla, yüksək etimada görə cənab prezidentə təşəkkürümü bildirirəm. Bu təyinat yüksək etimaddır. Çalışacam ki, bu etimadı doğruldum. Eyni zamanda, qarşımızda çox böyük vəzifələr durur. Planlarımız var. O, planları həyata keçirməyə çalışacağıq. Həm də ona çalışacağıq ki, bu sahədə bütün işlər dövlətçilik mənafeyinə uyğun şəkildə həyata keçirilsin. İnşallah, işimizə başlayan kimi daha ətraflı danışacam”

Ceyhun Valeh oğlu Məmmədov 1975-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olub.

1991-1994-də Suriya Ərəb Respublikasının Əbu Nur İslam Kompleksi Dəvət və İrşad institutunda təhsil alıb. 1994-1998-ci illərdə Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində İslama dəvət fakültəsini bitirərək, ərəb dili və dinşünaslıq üzrə bakalavr dərəcəsi alıb.

2000-2002-də Bakıdakı Xəzər Universitetinin Humanitar fənlər fakültəsində Ərəb dili üzrə magistratura dərəcəsinə yiyələnib.
2004-2007-də AMEA-nın Məhəmməd Füzula adına Əlyazmalar İnstitutunda dissertant, ilahiyyat üzrə fəlsəfə doktoru olub.

C.Məmmədov 1998-2001-ci illərdə İrşad İslam Araşdırmaları Mərkəzində tərcüməçi, referent, 2001-2002-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Qarabağ bölgəsi üzrə şöbədə baş mütəxəssis işləyib.

2002-2006-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Dinşünaslıq ekspertizası bölməsinin müdiri, 2007-2014-cü illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdiri, "Dövlət və din” ictimai fikir toplusunun Avrasiya tərcümə mərkəzinin redaktoru, AMEA-nın Şərqşünaslıq institutunda tərcüməçi, yenidən Dini Komitədə Din və ictimai fikir tarixi şöbəsində böyük elmi işçi vəzifələrində çalışıb.

2015-ci ildən bu təyinatadək Prezident Administrasiyası Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində böyük məsləhətçi işləyib.

Eyni zamanda 2017-2018-ci illərdə Azərbaycan Dillər Universitetində dərs deyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar