Xəbər lenti
Qənirə Paşayevadan AŞPA-da ermənilərə sərt sözlər
Millət vəkili Qənirə Paşayeva AŞPA-da Ermənistan nümayəndə heyətinə bu dəfə də sərt cavab verib və erməni yalanlarını ifşa edib.
Manevr.az-ın məlumatına görə, millət vəkili Q.Paşayeva AŞPA-da “Azad müzakirələr” zamanı Azərbaycan əlehinə yalanlarla dolu çıxışlar edən Ermənistan heyətinə sərt cavab verib və onların bütün yalanlarını ifşa edib:
“Dəyərli həmkarlarım, mən əslində, başqa bir çıxış edəcəkdim, amma Ermənistan nümayəndə heyəti üzvlərinin bu gün və bir neçə gündür Azərbaycan əlehinə əsilsiz, tamamilə yalanlardan ibarət çıxışlarına cavab verməliyəm və dorğuların nə olduğunu sizə açıqlamalıyam. İlk öncə qeyd edim ki, Ermənistan millət vəkilləri bir neçə dəfə burada Dağlıq Qarabağ “Respublikası” dedilər. Bu ifadə AŞPA qətnamələrinə tamamilə ziddir. Dünyada Dağlıq Qarabağ Respublikası deyilən bir yer yoxdur. Ora Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarıdır, Azərbaycanın Dağlıq Qarabağ bölgəsidir. Bu AŞPA qətnamələrində də, məhz bu cür öz əksini tapır. Ermənistan millət vəkilləri oxumağı bilirlərsə, getsinlər oxusunlar o sənədləri və burada yalan danışmasınlar. Dünyanın heç bir ölkəsi Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qurulmuş separatçı, saxta erməni rejimini tanımır və bütün ölkələr, bütün beynəlxalq təşkilatlar Azərbaycanın torpaq bütünlüyünü tanıyırlar. Eyni zamanda Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və işğalda saxlaması BMT, AŞPA qətnamələrində də öz əksini tapır”-deyə millət vəkili AŞPA-da Ermənistan nümayəndə heyətini layiqli cavabı ilə susdurub.(gununsesi.info)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar