Xəbər lenti
Nazirlikdən hava ilə bağlı AÇIQLAMA – Sonuncu dəfə 9 il əvvəl…

“Bakıda və Abşeron yarımadasında may ayında havanın sərin keçməsi bu ay üçün o qədər səciyyəvi deyil”.
Manevr.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ictimai təşkilatla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva deyib.
Sektor müdirinin sözlərinə görə, dünən Bakıda və Abşeron yarımadasında havanın temperaturu çoxillik iqlim normasından 3 dərəcəyə qədər aşağı olub:
“Ümumiyyətlə, son illər üçün bu, o qədər də səciyyəvi bir temperatur göstəricisi deyil. Çünki son 10-15 il ərzində may ayında anomal isti üstünlük təşkil edib”.
U.Tağıyeva hazırda qeydə alınan aşağı temperaturun may ayı üçün rekord göstərici olmadığını da açıqlayıb.
Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında mayın 28-də gecə 13-15, gündüz 24-27, bu gün isə gecə 14-16, gündüz 19-23 dərəcə isti qeydə alınıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar