Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Milli Məclis xüsusi iclasa hazırlaşır: 5 mühüm təklif

Tarix: 28-05-2018 20:30     Baxış: 4461 A- / A+
Milli Məclis xüsusi iclasa hazırlaşır: 5 mühüm təklif


Prezidentin sərəncamına uyğun olaraq Milli Məclis Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasını keçirəcək.

Manevr.az xəbər verir ki, bu sözləri AXC-nin 100 illliyi ilə bağlı danışan millət vəkili Əli Məsimli deyib.

Millət vəkili AXC-nin şanlı tarixini yaradanların əziz xatirəsini əbədiləşdirmək üçün 2018-ci ildə və ondan sonrakı dövrdə bəzi məqamların reallaşdırılmasını zəruri hesab edib:

1. Dövlət, qeyri-dövlət qurumları, şəxsi təşəbbüslər və s. vasitəsilə həyata keçirilən və keçirilməsi nəzərdə tutulan tədbirlər ölkəmizdə və onun hüdudlarından kənarda AXC-nin layiqli səviyyədə tanınmasına, dünyaya təbliğ edilməsinə və milli birliyimizə xidmət etməlidir.

2. AXC-nin qurucularının əsərlərinin toplanıb nəşr edilməsi, Azərbaycan, ingilis və digər əsas dillərdə AXC-nin 100 illik yubileyinə həsr olunmuş xüsusi kitabların çap olunması, beynəlxalq konfransların, dəyirmi masaların keçirilməsinə davamlı xarakter verilməlidir.

3. AXC-nin tarixinə həsr olunan "Əbədi ezamiyyət” və "Son iclas” kimi filmlərin ərsəyə gəlməsini çox tədqirəlayiq hesab etməklə, AXC-nin tarixinə və 100 illik yubileyinə həsr olunmuş xüsusi filmlərin hazırlanması işi davam etdirilməlidir.

4. AXC-nin tanıdılması və onun yaradıcılarılarının xatirəsini əbədiləşdirmək üçün xüsusi "Tədbirlər proqramı” hazırlayıb həyata keçirilməsini zəruri hesab edirik. Ayrı-ayrı ölkələrdə mühacirət həyatı yaşamış cümhuriyyət qurucularının həyat və fəaliyyəti ilə bağlı olan sənədlərin toplanılıb Azərbaycana gətirilməsinə, AXC qurucularının həyat və fəaliyyəti ilə bağlı sənədli filmlərin hazırlanmasına, müxtəlif dillərdə ümumi bir saytın yaradılmasına və AXC-nin beynəlxalq aləmdə tanıdılmasının və təbliğinin genişləndirilməsinə xidmət edən bütün sənəd və materialların burada yerləşdirilməsinə ehtiyac var. AXC yaradıcılarının xarici ölkələrdə olan qəbirlərini Azərbaycana gətirərək, xüsusi mavzoleyin yaradılması, ölkədə və xaricdə AXC ilə bağlı yerlərə, eləcə də AXC yaradıcılarının yaşadığı yerlərə xatirə lövhələrinin asılmasını vacib hesab edirik. Tariximizin həmin səhifələrini geniş planda ictimailəşdirmək və beynəlxal səviyyəyə qaldırmaqdan ötrü, bu yöndə görülməsi zəruri olan tədbirlər arasında Bakıda keçmiş 26-lar, indiki Sahil bağında, ya da Dağüstü Parkda, Xocalı soyqırımı abidəsinin yerləşdiyi məkanda Cümhuriyyət Parkının yaradılması yerinə düşərdi. Həmin parkda Cümhuriyyət qurucularının əziz xatirəsinin əbədiləşdirilməsi üçün əlavə lazımı tədbirlərin görülməsi, cümhuriyyət qurucularının xarici ölkələrdə dəfn edilmiş nəşlərinin gətirilərək hımin parkda dəfn edilməsi, mavzoleylərinin yaradılması yaxşı olardı.

5. Cümhuriyyət Parkında 1918-ci ildə bolşevik, erməni-daşnak silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə Soyqırım Memorial Kompleksinin yaradılması, Böyük Soyqırım Abidəsinin ucaldılmasını və Soyqırım Muzeyinin yaradılmasıni zəruri hesab edirik. Park kompleksində Azərbaycanla Türkiyənin qardaşlıq, birliyini əks etdirəm xatirə abidələrinin yaradılması, Qafqaz İslam Ordusuna abidə qoyulması və Nuru Paşanın heykəlini ucaltmaqla onun əziz xatirəsinə xüsusi yer verilməsi məntiqli olardı”./kult.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar