Xəbər lenti
Şah İsmayıl Xətai Komissiyasının üzvləri Şeyx Cüneyd məqbərəsini ziyarət ediblər
Komissiya sədri Şəmil Sadiq: "Şeyx Cüneyd türbəsinin Səfəvilərin ruhuna uyğun yenidən bərpa olunmasına ehtiyac var"
Manevr.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin Şah İsmayıl Xətai Komissiyasının üzvləri - Şəmil Sadiq, İlqar İlkin və Vüqar Zifəroğlu Qusar rayonu Həzrə kəndində yerləşən Şeyx Cüneyt məqbərəsini ziyarət ediblər. Xatırladaq ki, əsas məqsədi Şah İsmayıl Xətainin irsini araşdırmaq, təbliğ etmək olan komissiya artıq bir ildir ki fəaliyyət göstərir. Komissiyanın dəstəyi ilə bu yaxınlarda “Böyük adam olmuş uşaq - Şah İsmayıl Xətai” kitabı, “Azərbaycan Səfəvi-Qızılbaş imperiyası” məlumat kitabçası da nəşr olunub.
AYB-in Şah İsmayıl Komissiyasının sədri, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq bildirib ki, Şah İsmayıl Xətainin babasının türbəsini ziyarət etməkdə əsas məqsəd, Səfəvilərin yadigarı olan bu abidənin vəziyyəti ilə yaxından tanış olmaq, onun varlığını bir daha gənc nəsillərə təbliğ etməkdən ibarətdir: "Hesab edirəm ki, bu abidə ölkə əhəmiyyətli olmasına baxmayaraq, tariximizi təbliğ etmək baxımından, eləcə də turizmin inkişafı baxımından olduqca faydalıdır. Biz gələcəkdə tariximizin bir parçası olan abidəyə vaxtaşırı ziyarətlərin təşkil olunmasını da nəzərdə tuturuq. Ümid edirəm ki, yerli icra orqanları da bölgənin, turizmin inkişafı üçün maraqlı olmalıdırlar. Dünyada türizmin inkişaf etdiyi ölkələrə nəzər salanda görürük ki, bu ölkələr daha çox tarixdən, tarixi abidələrin olmasından yararlanırlar. İnanıram ki, XVI əsrə aid Səfəvi yadigarı olan Şeyx Cüneyt məqbərəsi də yaxın gələcəkdə gənclərimizin, eləcə də ölkəmizə qonaq gələn turistlərin üz tutduğu bir məkan olacaqdır".
Komissiya sədri bildirib ki, sovetlər zamanında türbəyə olan laqeyd münasibət nəticəsində türbə yararsız vəziyyətdə olub: " Lakin bir neçə il əvvəl türbə təmir olunub və ziyarətçilərin üzünə açılıb. Hal-hazırda Azərbaycan Respublikasının Mədəniyyət nazirliyi tərəfindən tarixi və mədəniyyət abidəsi kimi qoruma altındadır. Bu gün görürük ki, türbənin bəzi yerlərində yenidən bərpa işlərinə ehtiyac yaranıb. Ümid edirik ki, yaxın vaxtlarda bu abidənin tarixi görkəmi Səfəvilərin ruhuna uyğun yenidən bərpa olunacaqdır. Bu dövlətçilik ənənələrimizə, Azərbaycan mədəniyyətinə, tarixinə, eyni zamanda Şah İsmayıl irsinə sahib çıxmaq baxımından da olduqca vacibdir".

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar