Xəbər lenti
R.İbrahimbəyova qarşı cəza tədbirləri həyata keçirilməlidir - İctimai qınaq
Rüstəm İbrahimbəyovun atdığı bu addım birbaşa siyasi məqsəd daşıyır. Əsas amal da azərbaycanlıların ermənilər qarşısında aşağılanmasına yönəlib.
Manevr.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa R.İbrahimbəyovun "Qafqaz üçlüyü" filminə qarşı ictimai qınağı şərh edərkən deyib.
Onun sözlərinə görə, Rüstəm İbrahimbəyovun məlum addımı ilə bağlı ciddi ictimai qınağın olması yetərli və gözlənilən idi:
"Yazıçı yazdığı bir əsərə görə tənqid oluna, hücuma məruz qala bilər. Həmçinin, onun fikirləri düzgün qəbul edilməyə də bilər. Amma yazıçının müəyyən dərəcədə bədii mətn əvəzinə qərəzli bir siyasi məqsəd ortaya qoyması heç də xoş qarşılanmır. Yenə deyirəm, hansısa başqa bir əsərdə azərbaycanlının mənfi bir obrazını yarada bilərdi, amma bunu erməni ilə müqayisə kontekstində edəndə açıq-aşkar kənardan tapşırıq, göstəriş mənasına gəlir, bunun kiminsə verdiyi istiqamət olduğu aydın olur. Ona görə də bu cür adamları yalnız ictimai qınaqla ciddi cəzalandırmaq, linç etmək mümkündür".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar