Xəbər lenti
82 yaşlı qadını yerlə "sürüyən" müəllimə ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
Qazax rayonunda Vidadi Göşşüyev adına Çaylı kənd 1 saylı tam orta məktəbin tarix müəllimi Dusiya Məmmədovanın həmkəndlisi 82 yaşlı qadını döyməsi ilə bağlı Təhsil Şöbəsindən açıqlama verilib.
Şöbədən publika.az-a verilən məlumatda bildirilib ki, yayılan xəbərlə bağlı araşdırma aparılıb: “Bu məlumatla əlaqədar olaraq şöbə əməkdaşları məktəbdə olub və məsələ araşdırılıb. Məlum olub ki, Dusiya Məmmədova həmin kənddə yox rayon mərkəzində yaşayır. Lakin o qonşusunu döyməyib. Sadəcə həmin qonşularla aralarında problem olub və onlar da məqsədli şəkildə belə bir xəbər yayıblar. Lakin qarşı tərəf əksini iddia edirsə, prokurorluğa müraciət edə bilər”.
Çaylı kənd 1 saylı məktəbdən əvvəlcə bu məsələnin məktəbə heç bir aidiyyəti olmadığını dedilər: “Dusiya Məmmədova bizim məktəbdə işləyir, lakin onun qonşusu ilə münasibətinin məktəbə heç bir aidiyyəti yoxdur”.
Məktəbdən də yayılan məlumat əsasında araşdırma aparıldığı bildirildi: “Təhsil şöbəsinin əməkdaşları məktəbimizdə olub. Biz də məktəb daxilində iclas keçirmişik. Dusiya Məmmədova ilə qonşusu arasında mübahisə olub. Amma qeyd edildiyi kimi döyülmə, ya da digər yazılanlar olmayıb. Müəllimin 64 yaşı var, uşaq deyil ki, belə hərəkət etsin. O, çox yüksək səviyyəli qadındır və heç zaman elə bir addım atmaz. Dusiya Məmmədovanın özü ilə də söhbət etdik. O, da belə xəbərlərə görə çox pis olub. Onun sözlərinə görə, əksinə sadəcə mübahisə zamanı özünü müdafiə edib”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar