Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rəşad Mahmudov işdən çıxarılmasına aydınlıq gətirdi - AÇIQLAMA

Tarix: 20-05-2018 10:49     Baxış: 3425 A- / A+
Rəşad Mahmudov işdən çıxarılmasına aydınlıq gətirdi - AÇIQLAMA


Məşhur kardiocərrah, Milli Məclisin deputatı Rəşad Mahmudov Bakı Ürək Mərkəzindəki işindən ayrılması ilə bağlı xəbər saytlarında və sosial mediada yayılan xəbərlərə münasibət bildirib.
Manevr.az xəbər verir ki, R.Mahmudov müqavilə müddəti başa çatdığı üçün işdən çıxdığını deyib: "Bakı Ürək Mərkəzinə Mərkəzi Neftçilər Xəstəxanasından dəvət olunmuşdum və buradakı fəaliyyətimlə əlaqədar mənimlə 1 illik əmək müqaviləsi bağlanmışdı. Müqaviləyə görə əsas vəzifələrim Bakı Ürək Mərkəzində ürək cərrahiyyəsinin və mərkəzinin qurulması, müalicələrin təşkili, peşəkar tibb heyətinin yaradılması və yerləşdirilməsi, yeni prosedurların tətbiqi işlərinin təşkil olunmasına kömək etməkdən ibarət olub. Ümid edirəm ki, qarşıma qoyulan məsələlərin öhdəsindən layiqincə gəlmişəm və Bakı Ürək Mərkəzi hazırda regionun qabaqcıl müalicə müəssisələrindən birinə çevrilib. Artıq müqavilənin müddəti başa çatıb. Verilən tapşırıqlar icra olunduğu üçün yenidən müqavilə müddətinin uzadılmasına zərurət duyulmayıb. Bakı Ürək Mərkəzi özəl xəstəxanadır. Ona görə də, həmin xəstəxanaya işə təyinat və işdən azad etmə ilə bağlı sərəncamlar hörmətli səhiyyə naziri cənab Oqtay Şirəliyev tərəfindən verilmir. Bu baxımdan, onun sərəncamı ilə işdən azad olunmağım barədə saytlarda dərc olunan məlumatlar həqiqətdən tam uzaqdır”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar