Xəbər lenti
Əfv üçün elə insanlar müraciət edib ki… - Əliməmməd Nuriyev
Əfv üçün müraciət edənlər arasında vətəndaşın əmlakına külli miqdarda ziyan vurmuş və ziyanı ödəməyənlər, vətənə, dövlətə xəyanət, ağır hərbi cinayətlər edənlər də var.
Manevr.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev “Yeni Müsavat”a geniş açıqlamasında deyib.
Ə.Nuriyev bildirib ki, 28 May - Cümhuriyyət Günü ərəfəsində Prezident İlham Əliyev tərəfindən növbəti əfv sərəncamı imzalanacaq:
“Müraciət edənlər arasında elə şəxslər var ki, çox ağır cinayətlər edib, uzun müddətli cəzaları var, cəzanın da çox az hissəsini çəkib. Elələri də var ki, cinayət əməllərində şəxsiyyətə zorakılıq tətbiq olunub, yaxud səhlənkar hərəkətləri nəticəsində xeyli insan ölüb. Bu baxımdan da qərar verərkən mütləq ziyanın ödənilməsi məsələsi, zərərçəkmişin mövqeyinə də diqqət edilir. Zərərçəkmişin yaxın qohumu öldürülüb, arada barışıq əldə edilməyibsə, tək məhkumun mövqeyi nəzərə alınmır. Kompleks şəkildə qiymətləndirilir. Mütləq cəmiyyətin maraqları nəzərə alınır. Dövlətə, vətəndaşa dəymiş ziyanın ödənilib-ödənilməməsinə diqqət edilir”.
Qeyd edək ki, Respublika Günü ərəfəsində sayca 62-ci əfv gözlənilir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar