Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Səlim Müslümovu 15 ilədək həbs gözləyir

Tarix: 13-05-2018 19:44     Baxış: 3355 A- / A+
Səlim Müslümovu 15 ilədək həbs gözləyir


Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun adı korrupsiya hadisəsində hallanır.
Manevr.az bildirir ki, hüquqşünas Türkel Süleymanlı Sfera.az-a açıqlamasında sabiq nazirin hansı maddələrlə cinayət məsuliyyətinə cəlb oluna biləcəyindən danışıb:
“Sabiq nazir haqda deyilənlər təsdiqini taparsa, bu zaman o Cinayət Məcəlləsinin 311-ci maddəsi (rüşvət alma), 179-cu maddəsi (dövlət əmlakının mənimsənilməsi), 308 və 330cu maddəsi (vəzifə səlahiyyətlərinin aşılması və vəzifədən sui-istifadə) ilə məsuliyyətə cəlb oluna bilər. Bu maddələrin hər biri ağır maddələr hesab edilir. Bu zaman 3 ildən 15 ilədək həbs cəzası ilə bağlı qərar verilə bilər. Bir neçə maddə ilə məhkum edilsə, o zaman uzun müddətli həbs cəzası kəsilə bilər”.
Xatırladaq ki, yerli mətbuatada yer alan xəbərlərdə bildirilir ki, Hesablama Palatası sabiq əmək və əhalinin sosial müdafiəsi nazirinin nəzarət etdiyi Pensiya Fondunda ciddi qanunsuzluqlar aşkarlayıb; ölmüş şəxslərə pul “ödənib”, bir adam 2 rayondan pensiya alıb.

Bu barədə Hesablama Palatasının ötənilki fəaliyyətinə dair hesabatında məlumat verilib. Sənəddə qeyd olunur ki, 2016-cı ildə ilin əvvəlinə nisbətən sonunda sığortaedənlərin Dövlət Sosial Müdafiə Fonduna borcu 21 milyon 612,2 min manat və ya 6,7 faiz artaraq 342 milyon 877,2 min manat təşkil edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar